SON XƏBƏRLƏR

İranda ramazan ayında yüzlərlə restoran plomblanıb

2021.10.20, 07:36
İranda ramazan ayında yüzlərlə restoran plomblanıb

Gunaz.tv

GünAz TV: Böyük Tehran Polis İdarəsinin rəisi Hüseyn Rəhimi bildirib ki, ötən 10 gün ərzində şəhər ərazisində 547 lüks restoran və qəhvəxana plomblanıb.

 

Onun sözlərinə görə, qeyd edilən müddətdə şəhərdə “namünasib reklamları olan və icəzə verilməyən musiqiləri yayımlayan” 547 restoran plomblanıb və bu işlə əlaqəli 11 nəfər saxlanılıb.

 

Qeyd etmək lazımdır ki, İranda hər il ramazan ayında restoran və digər iaşə obyektlərinin fəaliyyəti səhər əzanından axşam iftar vaxtına qədər qadağan edilir. Bu qadağanı pozan obyekt və şəxslərə qarşı isə sərt cəza tədbirləri görülür.

 

Bu il Tehrandan başqa İsfahan və Kirmanşah vilayətləri də daxil olmaqla, İranın əksər bölgələrində yüzlərlə restoran və qida satan obyektlərin eyni səbəbə görə polis tərəfindən bağlandığı, sahiblərinin isə məsuliyyətə cəlb olunduğu barədə məlumatlar yayılıb.

 

Eləcə də, İranda ramazan ayında ictimai yerlərdə və küçələrdə qida və ya su qəbul edənlərə qarşı da sərt cəza tədbirləri görülür. Bu il də bu səbəbdən onlarla insana şallaq zərbələri vurulduğu barədə İran mediasında məlumatlar dərc edilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar