SON XƏBƏRLƏR

İranda sərnişin təyyarəlrində texniki nasazlıqlar olduğunu dövlət televiziyasında ifşa edən pilot həbs edilib - VİDEO

2021.10.20, 07:36
İranda sərnişin təyyarəlrində texniki nasazlıqlar olduğunu dövlət televiziyasında ifşa edən pilot həbs edilib - VİDEO

Gunaz.tv

GünAzTV: İranda sərnişin təyyarələrində texniki nasazlıqlar olduğunu dövlət televiziyasında ifşa edən gənc pilot Əmin Əmir Sadiqi həbs edilib.

 

İyulun 14-də İran Dövlət Televiziyasından yayılan “Haala Xorşid” verilişinə dəvət olunan Əmin Əmir Sadiqi öz peşəsinin çətinliklərindən danışaraq, sərnişin təyyarələrində vaxtaşırı qəza ilə nəticələnən texniki nasazlıqların olmasından və aviasiya şirkətləri rəhbərlərinin buna göz yummasından gileylənib: “Təəssüflər olsun ki, ölkəmizin aviasiya sənayesinin rəhbərləri pilotları texniki nasazlığı olan sərnişin təyyarələrlə uçmağa vadar edirlər. Onlar, təyyarənin hansısa bir hissəsində texniki nasazlıq olmasından xəbərdar ola-ola, bizi həmin təyyarə ilə uçmağa məcbur edirlər. Uçuşdan əvvəl isə guya təyyarəni yoxlamağa gələn mütəxəssis şəxslər isə yoxlama kağızında hər şeyin qaydasında olduğunu yazır, qanun pozuntusuna yol verirlər. Bu isə ölkəyə qoyulan sanksiyalar nəticəsində təyyarələrin ehtiyat hissələrinin olmaması ilə əlaqədardır.

 

Bizim bunları bilə-bilə uçuşdan imtina etməyimiz isə bəzən mümkün deyil. Çünki uçuşdan imtina etmək çox hallarda başqa-başqa problemlərə gətirib çıxarır. Misal üçün mənim bir pilot kimi böyük stajı və minlərlə saat uçuş təcrübəsi olan həmkarlarımdan biri, üçüncü tormozu olmadığına görə “Boeing 737” sərnişin təyyarəsi ilə uçmaqdan imtina etdiyinə görə inzibati komitəyə çağırıldıqdan sonra işdən qovuldu. Mən, bu kimi qanun pozuntuların olması barədə İran Aviasiya Şirkətinin rəisi Əli Abidzadəyə şifahi şəkildə məlumat da vermişəm”.

 

Bildirilir ki, Əmin Əmir Sadiqi dövlət televiziyasında bu sözlərinin yayılmasından bir gün sonra, iyulun 15-də Tehranda “Həftçinar 111” polis idarəsinin əməkdaşları tərəfindən həbs edilib. Həbs olunduğu anı çəkib “İnstaqram” səhifəsinə qoyan gənc pilot deyib ki, məhz insanların həyatının qayğısına qaldığına görə onunla belə rəftar olunmasından təəssüflənir”.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar