İranda son 12 ay ərzində inflyasiya həddi 37.6%-ə çatıb- Ölkədə bütün sahələrdə bahalaşma müşahidə olunub- Foto

24.06.2019, 13:16

GünAz TV: İran Mərkəzi Statistika Komitəsinin yaydığı son hesabata görə, ötən ilin may ayından carı ilin may ayının sonuna qədər olan dövrdə inflyasiya həddi 37.6%-ə çatıb.

 

Hesabatda həmçinin qeyd edilir ki, aprel ayına nisbətən mayda inflyasiya həddində 3.4% artım müşahidə olunub. Aylıq inflyasiya həddi isə 1.7% azalaraq, 50.4% təşkil edib.

 

Aylıq inflyasiya həddinin azalması, qiymətlərin enməsi anlamına gəlmir, əksinə, bu o deməkdir ki, qiymətlərin bahalaşmasının sürəti zəifləyib, bahalaşma isə aşağı templə davam edəcək.

 

İllik inflyasiya həddi 12 aylıq dövrdə ondan əvvəlki 12 aylıq müddətə nisbətən məhsul və xidmətlər qiymətlərinin artımına əsasən hesablanır. Aylıq hədd isə müəyyən bir ay ərzində ötən ilin analoji ayına nisbətən qalxmış qiymətlərin miqdarını göstərir.

 

 

İllik inflyasiya:

 

Qida, içkilər və tütün məmulatlarının illik inflyasiya həddi may ayı ərzində 56.4%-dən yuxarı olub. Buna rəğmən, qeyri-qida məhsulları və xidmət sektorunda artım 30.1% təşkil edib. Bununla da ötən 12 ay ərzində inflyasiyanın ortalama həddi 36.7% müəyyənləşdirilib.

 

Qeyd edilən dövr ərzində ət kimi bəzi qida məhsullarının qiyməti 70%, tütün məmulatları 125%, meyvə-tərəvəz 70%-dən 80%-ə qədər bahalaşıb.

 

Su, işıq və yanacaq qiymətlərində təqribən 13.3%, təhsil sektorunda isə 20% ətrafında olmaqla, ən az bahalaşma müşahidə olunub.  

 

Aylıq inflyasiya:

 

Cari ilin may ayı ərzində ət, tərəvəz, tütün məlumatları və s.-in qiymətləri iki dəfədən çox qalxıb, lakin xidmət sektorunda inflyasi həddi aşağı düşüb. Ümumilikdə may ayında ötən ilin oxşar dövrü ilə müqayisədə 50.4% inflyasiya müşahidə olunub.

 

 

Bu dövrdə şəhərlərə nisbətən rayon və kənd yerlərində qiymətlərdə daha çox artım nəzərə çarpıb.

 

Qeyd etmək lazımdır ki. Amerikanın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməklə, İranla 5+1 ölkələri arasında əldə edilmiş nüvə razılaşmasından çıxması nəticəsində ölkənin milli valyutası öz dəyərini itirib, bunun nəticəsində isə bütün sahələrdə ciddi bahalaşma müşahidə olunur.

 

 

Dünya Bankının iyunun 5-də İran iqtisadiyyatı ilə bağlı yaydığı hesabatda da ölkədə bahalaşma və inflyasiya həddində artım dərc edilmişdi. Hesabata əsasən, İran iqtisadiyyatında 2018-ci ilin ilk yarısında təqribən 10% olan inflyasiya həddi 2019-cu ilin aprel ayına qədər 52%-dən yuxarı qalxıb. Bank həmçinin İran iqtisadiyyatının cari ildə daha da kiçiləcəyini və inkişaf tempinin mənfi 4.5% olacağını bildirmişdi.

 

Beynəlxalq Valyuta Fondunun cari ildə İranla bağlı proqnozları isə daha bədbindir. Belə ki, Fondun son hesabatında İran iqtisadiyyatının 2019-cu ildə 6%-dən çox kiçiləcəyi proqnozlaşdırılırdı.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24