GünAz TV: İran Texnologiyalar Nazirinin müavini Həmid Fəttahi ölkədən xaricə edilən zənglərin qiymətinin 2 dəfədən 2.5 dəfəyə qədər bahalaşdığını deyib.
Onun sözlərinə görə, bu qiymət artımın səbəbi xarici valyutanın ölkədə bahalaşması ilə əlaqədardır. Tariflərin artması bütün ölkələrə edilən zənglərə şamildir.
Bundan öncə 2018-ci ilin oktyabr ayında da İranda beynəlxalq zənglərin tarifləri artırılmışdı.
Ə.A