SON XƏBƏRLƏR

İranın 5 şəhərində müəllimlər oturaq etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
İranın 5 şəhərində müəllimlər oturaq etiraz aksiyası keçiriblər

Gunaz.tv

GünAz TV: İranın Buşehr, Saqqız, Mərivan, Sənəndəc və Şiraz şəhərlərində müəllimlər tələblərinin yerinə yetirilmədiyi üçün oturaq etiraz aksiyası keçiriblər və dərs keçmək üçün məktəblərə getməyiblər.

 

"İlna" xəbər agentliyinin məlumatına görə, bu gün keçirilmiş aksiya İran Elm İşçilərinin Həmkarlar İttifaqının Koordinasiya Şurasının çağırışı əsasında baş tutub.

 

Şura bildirir ki, müəllimlər büdcədə təhsil sahəsinə ayrılan vəsaitlərin çoxaldılmasını, illik əməkhaqlarının inflyasiya həddi ilə simmetrik təyin edilməsini və reytinq sisteminin icrasını tələb edirlər.

 

Digər tərəfdən, bu gün bir qrup tədaüdçü də Tehranda, Milli Məclisin binası qarşısında etiraz aksiyası təşkil edib. Onlar əllərində təqaüdlərin mövcud bahalığa əsasən verilməsini və məhkumluq həyatı yaşayan fəalların azadlığını tələb edən plakatlar tutublar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar