SON XƏBƏRLƏR

İranın Britaniyadakı səfiri tezliklə bir İran vətəndaşının Amerikaya ekstradisiya ediləcəyini deyib

2021.10.20, 07:36
İranın Britaniyadakı səfiri tezliklə bir İran vətəndaşının Amerikaya ekstradisiya ediləcəyini deyib

Gunaz.tv

GünAz TV: İranın Londonda akkreditə edilmiş səfiri Həmid Bəidinejad yaxınlarda bir İran vətəndaşının Britaniyadan Amerika Birləşmiş Ştatlarına ekstradisiya ediləcəyini bəyan edib.

 

O bildirib ki, ekstradisiya həmin şəxsin rəsmi Vaşinqtonun Tehrana qarşı qəbul etdiyi sanksiyaları pozmasını etiraf etdiyi üçün baş tutacaq.

 

Səfirin "Twitter" səhifəsində yazdıqlarına əsasən, Şəhidiyan soyadlı həmin İran vətəndaşı 1 il yarım bundan öncə Britaniyaya etdiyi səfər zamanı ABŞ-ın müraciəti əsasında saxlanılıb.

 

"Cənab Şəhidiyanın 1 il yarım bundan öncə Britaniyaya etdiyi səfər zamanı saxlandığı barədə bizə məlumat daxil olandan sonra məsələ ilə məşğul olmağa başladıq. O, öz istəyilə ilə sanksiyaları pozduğunu və Amerikaya ekstradisiya edilməyə razı olduğunu qəbul edib. Səfirlik Şəhidiyanla həbsxanada keçirdiyi son görüşü zamanı qəbul etdiyi qərarın yaradacağı təhlükələr barədə ona xəbərdarlıq etməklə, qərarını yenidən düşünməsinin zəruri olduğunu bildirib", - Həmid Bəidinejad bəyan edib.

 

Səfir həmin İran vətəndaşının əslində sanksiyaları pozmadığını, sadəcə olaraq şəxsi ambisiyalarına görə ittihamları qəbul edərək, Amerikaya köçürülməsini istədiyini iddia edib.

 

Diplomat məhkumun tam adını çəkməsə də, bir müddət öncə sosial şəbəkələrdə Britaniyada saxlanmış həmin İran vətəndaşının adının Seyid Səccad Şəhidiyan olduğu barədə məlumatlar yayılmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar