SON XƏBƏRLƏR

İranın Brucerd şəhərində daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranın Brucerd şəhərində daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Brucerd şəhərində narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılan daha 1 məhkum edam edilib.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl narkotik maddə daşıyarkən tutulan və həmin vaxtdan həbsdə saxlanılan Kirmanşah şəhər sakini, 39 yaşlı məhkum Rəsul Molla Həsəni, fevralın 2-si sübh saatlarında Brucerd şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

 Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar