SON XƏBƏRLƏR

İranın Kərəc və Bircənd şəhərlərində daha 3 məhkum edam edilib

2021.10.20, 07:36
İranın Kərəc və Bircənd şəhərlərində daha 3 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 3 məhkum dar ağacından asılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 7 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan iki məhkum (Həsən Bəradəran və Mehdi Əsədi) iyulun 3-ü sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkilib.

 

Həmçinin dörd il əvvəl Cənubi Xorasan əyalətinin Sərbişə şəhərində ailədaxili ixtilaflara görə qayınanasını ilə baldızını qətlə yetirən və adı mediaya açıqlanmayan daha 1 məhkum Bircənd həbsxanasında dar ağacından asılıb. Məhkumun edam edildiyi tarix açıqlanmayıb. 

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar