SON XƏBƏRLƏR

İranın Marağa şəhərində daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
İranın Marağa şəhərində daha 1 nəfər edam edilib

Gunaz.tv

GünAzTV:İranda qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər edam edilib. Hadisə, ay yarım əvvəl baş versə də, bu barədə məlumat yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl maddi ixtilaf zəminində baş verən davada qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Mərənd şəhər sakini Cəlil Xadimi, 37 gün əvvəl (isfəndin 13-də) Şərqi Azərbaycan əyalətinin Marağa zindanında dara çəkilib. Edam, naməlum səbəblərə görə mediadan gizli saxlansa da, bu barədə xəbər son günlər yayılıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar