SON XƏBƏRLƏR

İranın Qorqan şəhərində gecə qonaqlığına qatılan daha 25 qız və oğlan həbs edilib

2021.10.20, 07:36
İranın Qorqan şəhərində gecə qonaqlığına qatılan daha 25 qız və oğlan həbs edilib

Gunaz.tv

GünazTV: İranın Gülüstan əyalətinin Qorqan şəhərində keçirilən gecə şənliyinə qatılan daha 25 qız və oğlan tutulub.

 

 Bu barədə Gülüstan əyalətinin baş prokuroru, axund Seyid Rza Seyid Hüseyni aprelin 20-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, Qorqanın Naharxoran məntəqəsindəki villalardan birində qız və oğlanların bir yerə toplaşıb birgə şənlənməsi barədə hüquq-mühafizə qüvvələrinə xəbər daxil olan kimi, polis əməkdaşları dərhal hərəkətə keçiblər: “Əməkdaşlarımız həmin villa evinə gediblər və orada alkoqollu içkilər içmiş, açıq-saçıq geyinmiş 25 qız və oğlanı tutublar. Villada həmçinin əldəqayırma üsulla hazırlanmış çoxlu miqdarda alkoqollu içki və xarici spirtli içkilər aşkarlanaraq götürülüb –deyə prokuror əlavə edib.

 

Axund Seyid Rza Seyid Hüseyni

 

Axund, tutulan gənclərin hazırda harada saxlanıldığını və onların konkret nədə günahlandırıldığını açıqlamayıb.

 

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 1700-dən çox insan həbs edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar