SON XƏBƏRLƏR

İranın Xuzistan əyalətində 5,7 bal gücündə zəlzələ olub

2021.10.20, 07:36
İranın Xuzistan əyalətində 5,7 bal gücündə zəlzələ olub

Gunaz.tv

GünazTV: İyulun 8-i yerli vaxtla saat 11:30 radələrində İranın Xuzistan əyalətinin Məscid Süleyman şəhəri həndəvərində Rixter cədvəli üzrə 5,7 bal gücündə zəlzələ baş verib.

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələ, Məscud Süleymanin ətrafındakı ərazilərdə yerin 17 km dərinliyində qeydə alınıb. Zəlzələ, İranın Xuzistan əyalətinin Əhvaz, Abadan, İzə, Dezful, Bavi və Karun şəhərlərində, eləcə də Küveytin bəzi məntəqələrində  hiss olunub.

 

 İranın Qızıl Aypara Cəmiyyətinin İmdad və Nicat Təşkilatının rəisi Murtuza Səlimi jurnalistlərə açıqlamasında deyib ki, ilkin məlumatlara əsasən, zəlzələ nəticəsində ən azı 1 nəfər ölüb, 20 nəfər bədən xəsarəti alıb. Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəldiyi, dağıntıların olduğu bildirilir. Bölgəyə xilasedicilərin cəlb edildiyi qeyd edilir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar