İranlı deputat: "Koronavirusdan sonra iqtisadiyyatımız dəhşətli vəziyyətə düşəcək"

18.04.2020, 13:39

GünAz TV: İran Milli Məclisinin deputatı Qulaməli Cəfərzadə İmənabadi ölkə iqtisadiyyatının koronavirus pandemiyası sovuşandan sonra dəhşətli vəziyyətə düşəcəyini, 1 milyon adamın isə işsizlər sırasına qoşulacağını deyib.

 

Onun sözlərinə görə, koronavirus nəticəsində dünya üzrə işsiz qalacaq insanların 1 milyon nəfəri İranın payına düşür.

 

"Hazırda ölkəmizdə azı 3- 5 milyon arası işsizin olduğunu nəzərə alsaq, vəziyyətin necə dəhşətli olacağını demək mümkündür. Kəskin işsizlik həddi, kiçik və böyük müəssisələrdən bir çoxunun bağlanması, bahalaşma və inflyasiya həddinin yüksəlməsi koronavirusdan sonra üzləşəcəyimiz ən dəhşətli hallar olacaq. Bizim iqtisadiyyatımızın qızdırması yüksələcək və iqtisadiyyatda daha şiddətli qızdırmanın şahidi olacağıq", - deyə deputat əlavə edib.

 

Qulaməli Cəfərzadə həmçinin elan edilən statistikalara əsasən, Tehran əyalətində 34 min, İsfahan əyalətində isə 40 mindən artıq insanın işsiz olmasını ölkə iqtisadiyyatının zəif olduğunun göstəricisi kimi dəyərləndirib.


Deputat sonda qeyd edib ki, dövlət iqtisadiyyat və əhalinin sağlamlığı arasında balans yaratmağa məcburdur. Məhdudiyyətlərin uzadılması "iqtisadiyyatın çökməsinə" səbəb olacağından, insanların yenidən işlərinin başına qayıtması "qaçılmaz hal"dır.

 

Qeyd etmək lazımdır ki, İran hökuməti ölkədə koronavirusun kəskin həddə yayılmasına və yüksək sayda insan tələfatına baxmayaraq, iqtisadi amilləri əsasə gətirməklə, ötən həftə dövlət qurumları və istehsal müəssisələrinin əksəriyyətində tətbiq edilmiş tətillər və izolyasiya tədbirlərini ləğv edib.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda daha şiddətli inflyasiya dalğası gözlənilir

2022-05-27

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir"

2022-05-27

gun az article

SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia: Terror planı hazırlayırmış

2022-05-27

gun az article

İranda etiraz aksiyaları başqa şəhərlərə yayılır-VİDEO

2022-05-27

gun az article

İsrail Prezidenti İlham Əliyevə zəng etdi

2022-05-26

gun az article

Xuzistanda yeni etiraz aksiyaları keçirilir-VİDEO

2022-05-26

gun az article

İran Müdafiə Nazirliyinin “mühəndisi” Parçin hərbi mərkəzində partlayışda həlak olub

2022-05-26

gun az article

İlham Əliyev Serbiyaya səfərə dəvət olundu

2022-05-26

gun az article

Sülh 5 prinsip əsasında olmalıdır – Ceyhun Bayramov

2022-05-26

gun az article

“Digital Expo Center” layihəsi “TEKNOFEST Azərbaycan” Festivalında finala vəsiqə qazanıb

2022-05-26

gun az article

SEPAH polkovniki öldürən “Mossad” casuslarını tutduğunu iddia edir

2022-05-26

gun az article

SEPAH iki etnik bəluçu güllələyib

2022-05-26

gun az article

Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”

2022-05-26

gun az article

Amerika İrana qarşı sanksiyaları sərtləşdirəcək

2022-05-26

gun az article

Kərəc zindanında 5 məhkum edam edildi

2022-05-26

gun az article

ABŞ Prezidenti Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb

2022-05-26

gun az article

SEPAH-ın Tehranda yerləşən raket bazasında güclü partlayış baş verib

2022-05-26

gun az article

Abadanda etiraz aksiyası keçirilib-VİDEO

2022-05-26

gun az article

Amerika SEPAH-la bağlı olan şəxslərə və şirkətlərə sanksiyalar tətbiq edib

2022-05-26

gun az article

“İsrail SEPAH zabitini öldürdükləri barədə Amerikanı məlumatlandırıb”- "The New York Times"

2022-05-26