SON XƏBƏRLƏR

İranlı deputat Mahmud Sadiqiyə qarşı həbs hökmü çıxarılıb

2021.10.20, 07:36
İranlı deputat Mahmud Sadiqiyə qarşı həbs hökmü çıxarılıb

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Mahmud Sadiqi məhkəmənin hökmü ilə həbsə məhkum edildiyi barədə məlumat yayıb.

 

Millət vəkili həbs müddəti və digər detalları açıqlamayıb. O, bunun səbəbini ölkədə koronavirusun yayılması ilə əlaqələndirib.

 

Sadiqi əlavə edib ki, hökmdən apellyasiya şikayəti verib və hazırda onun şikayəti araşdırılır.

 

Lakin "Sepah" terror təşkilatına məxsus "Fars" xəbər agentliyi məsələ ilə əlaqədar yaydığı məlumatda Sadiqiyə 21 ay həbs və 5 milyon tümən pul cəzası kəsildiyini qeyd edib. Buna baxmayaraq, agentlik bir müddət sonra xəbərin mətnindən dəqiq rəqəmləri silib.

 

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Mahmud Sadiqi Məhkəmə Sisteminin sabiq sədri, hazırda isə Ali Məsləhət Şurasının sədri olan Sadiq Laricanini "Twitter" hesabında tənqid etmişdi. O, Laricaninin Məhkəmə Sisteminə rəhbərlik etdiyi dövrdə həmin qurumu korrupsiya və özbaşınalığın aldığına diqqət çəkərək, Ali Məsləhət Şurasının sədri vəzifəsini icra etməyə layiq olmadığını bildirmişdi. Laricani bu fikirlərinə görə deputatı məhkəməyə vermişdi.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar