Bu barədə Kirman əyalətinin valisi Əli Zinivənd bu gün mediaya açıqlamasında məlumat yayıb.
O deyib ki, təbii fəlakətin baş verdiyi Kirman əyalətinin bəzi məntəqələrində torpaq çöküb, elektrik xətləri sıradan çıxıb, kənd evlərinə gedən yollar tamamilə bağlanıb.
“Təəssüflər olsun ki, sel və daşqınlar nəticəsində 25 mindən çox kənd sakini ziyan görüb, 3 uşaq suda batıb. 3 və 8 yaşlarında olan uşaqların meyitləri sonradan Nasirabad kəndinin yaxınlığından keçən çayda tapılıb”, -deyə Kirman əyalətinin valisi Əli Zinivənd bildirib.
Vali fəakət zonasına xilasedicilərin cəlb edildiyini bildirib.
A.M