SON XƏBƏRLƏR

Kirmanlılar Mis Şirkətinin “Traxtur”a maliyyə dəstəyi verilməsinə qarşı çıxır

2022.01.14, 14:33
Kirmanlılar Mis Şirkətinin “Traxtur”a maliyyə dəstəyi verilməsinə qarşı çıxır

Gunaz.tv

Mis Şirkətinin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədcavad Xəlili məsələ ilə balı özünün sosial media hesabında paylaşım edib.

“Sənaye, Mədən və Ticarət Nazirliyi tərəfindən “Traxtur” klubunun alınması və onun borclarının ödənilməsi iıə bağlı Mis Şirkətinə heç bir göstəriş verilməyib. Bu, əyalətin (Şərqi Azərbaycan) məsulları və parlamentdəki nümayəndələrinin istəyidir və biz bunun qanuni və hüquqi tərəflərini araşdırırıq”-deyə, Xəlili yazıb.

Məsələ ilə bağlı açıqlama verən Şərqi Azərbaycan əyalətinin Vərziğan şəhərinin İran parlamentindəki nümayəndəsi Allahverdi Dehqani bunu azərbaycanlıları haqqı adlandırıb və heç kəsin buna mane ola bilməyəcəyini deyib.

“Sənaye, Mədən və Ticarət naziri hər iki klubun Milli Mis Şirkətinin malikiyyətinə verilməsi ilə bağlı göstəriş verib və məsələ bitib. Yalnız bir sıra idarə şlər davam edir ki, buda başa çatmaq üzrədir”-deyə, Dehqani bildirib.

Qeyd edək ki, yanvarın 4-də Təbrizin İran parlamentindəki bir neçə nümayəndəsi, Milli Mis Şirkətinin rəhbəri, İranın Sənaye, Mədən və Ticarət nazirinin iştirakı ilə keçirilən toplantıda klubların “Süngün” mis mədəni şirkətinin himayəsinə verilməsi barədə andlaşma imzalanıb və şirkət klublara dəstək verəcəyini vəd edib. 

Bundan sonra Kirmanın İran parlamentindəki nümayəndəsi Məhəmmədrza Puribrahimi və Rəfsəncan nümayəndəsi Hüseyn Cəlali buna etiraz edib, mis şirkətinin gəlirlərinin Kirmana aid olduğunu iddia ediblər. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar