SON XƏBƏRLƏR

İşğalçı ölkəyə kütləvi qırğın silahı üçün maddə aparan erməni həbs olunub

2021.10.20, 07:36
İşğalçı ölkəyə kütləvi qırğın silahı üçün maddə aparan erməni həbs olunub

Gunaz.tv

GünAz TV: Rusiyada hərbi texnika, silah və kütləvi qırğın silahlarının (KQS) yaradılmasında istifadə olunan maddələrin qaçaqmalçılığı ilə məşğul olan Ermənistan vətəndaşı həbs olunub.

GünAz TV mətbuat mərkəzinin Lent.az-a istinadən yaydığı məlumata görə, Vaqe Melkonyan adlı erməninin həbsi barədə qərarı Bryansk şəhər məhkəməsi qəbul edib.

V. Melkonyan iyunun (June) 26-da saxlanılıb. Rusiya gömrükçülərinin keçirdiyi əməliyyat zamanı onun «Renault» markalı yük maşınından zirehli tank texnikasına aid komplektlər, hərbi təyinatlı mühərriklər, həmçinin kütləvi qırğın silahlarında istifadə olunan 12 kq-dan çox berillium tozu aşkarlanıb. O, bu hərbi avadanlıqları (dəstqahları) və zəhərli maddəni Rusiyadan Ukraynaya, oradan isə Ermənistana aparmağı planlaşdırıb (tərhini töküb). O, sərhədi keçərkən yük gömrük bəyannaməsində hərbi təyinatlı avadanlıqları mülki avadanlıq kimi göstərib, berillium barədə isə məlumat verməyib.

 

 Rusiya gömrükçülərinin hesablamalarına görə, V. Melkonyandan müsadirə olunmuş malların ümumi dəyəri 1,8 milyon rubl təşkil edir.

 

 Məhkəmə prosesində (sürəcində) öz günahını boynuna alan Melkonyana Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə (qaçaqmalçılıq, xüsusi nəzarət altında olan, silah istehsalı üçün istifadə edilən avadanlığın, hərbi texnika hissələrinin qaçaqmalçılığı, KQS istehsalı üçün istifadə olunan maddələrin qaçaqmalçılığı) 3 il sınaq cəzası verilib və o, eyni zamanda 80 min rubl cərimələnib.

 

 Məhkəmə prosesində Ermənistana aparılması planlaşdırılan həmin malların Moskvanın Leninqrad bölgəsindəki hərbi hissələrdən birindən həmin hərbi hissənin zabitləri (əfsərləri) tərəfindən oğurlandığı sübuta yetirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar