SON XƏBƏRLƏR

İsrail qırıcılarının Hələbdə həyata keçirdiyi hava hücumlarında 7 “Sepah”çının öldürüldüyü bidirilir

2021.10.20, 07:36
İsrail qırıcılarının Hələbdə həyata keçirdiyi hava hücumlarında 7 “Sepah”çının öldürüldüyü bidirilir

Gunaz.tv

GünazTV: İsrail qırıcılarının iki gün əvvəl Suriyanın Hələb şəhəri ətrafında İranın hərbi mövqelərinə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində 7 “Sepah”çı öldürülüb. Bu barədə Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı martın 28-də məlumat yayıb.

 

Məlumatda bildirilir ki, İsrail qırıcılarının Hələb hava limanı yaxınlığında yerləşən İran hərbi qüvvələrinə məxsus silah anbarlarına raket zərbələri endirməsi nəticəsində ən azı 7 “Sepah”çı və ona bağlı döyüşçülər öldürülüb. Bundan əvvəl hava hücumlarında 4 İran hərbçisinin öldürüldüyü bildirilmişdi.

 

“Röyters” agentliyinin hərbi ekspertlərə istinadən yaydığı məlumata əsasən, Suriyanın şimalında yerləşən Hələb və onun ətrafı Bəşər Əsəd rejimini qoruyan “Sepah” hərbi bazalarının  yerləşdiyi mühüm məntəqələrdən biridir. Bildirilir ki, “Sepah”ın əsas silah anbaları da, məhz burada, Hələb hava limanı ətrafında yerləşir.

 

Xatırladaq ki, İsrail qırıcıları martın 27-si axşam saatlarında Suriyanın Hələbin hava limanı yaxınlığında yerləşən “Sepah” qüvvələrinə və onların silah anbarlarına qarşı hava zərbələri endirib. Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının bildirdiyinə görə, İsrail qırıcılarının Şeyx Nəccar məntəqəsində İranın hərbi qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələri nəticəsində, böyük bir partlayış baş verib, “Sepah”ın silah-sursat anbarları yerlə yeksan edilib.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları Suriyanın müxtəlif bölgələrində “Sepah” qüvvələrinə və onların silah anbarlarına qarşı onlarla hava zərbəsi endirib. Hücumlar nəticəsində onlarla “Sepah”çı məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar