SON XƏBƏRLƏR

İsrailin Suriyada “T-4” hərbi hava bazasına raket hücumunda ölənlər arasında “Sepah”çılar da var

2021.10.20, 07:36
İsrailin Suriyada “T-4” hərbi hava bazasına raket hücumunda ölənlər arasında “Sepah”çılar da var

Gunaz.tv

GünAzTV: İyulun 8-i axşam saatlarında İsrailin Suriyanın Homs əyaltində, Palmira şəhəri yaxınlığında yerləşən “T-4” hərbi hava bazasına raket hücumunda ölən onlarla hərbçi arasında  “Sepah”çılar da var.

 

Suriya hökuməti İsrail hücumu ilə bağlı bağlı yaydığı bəyanatda İsrailin bir neçə raketini və bir qırıcısını səmada vurduğunu bildirsə də, İsrail ordusunun sözçüsü həmin gün jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Tel-Əviv, Suriyanın “T-4” hərbi hava bazasına raket hücumu barədə yayılan xarici məlumatlara reaksiya vermək istəmir.

 

Məlumatda İsrail hücumunda öldürülən “Sepah”çıların adları və onların neçə nəfər olduğu hələlik açıqlanmayıb.

 

Xatırladaq ki, son aylar, İsrailin “T-4” hərbi hava bazasına qarşı raket hücumları nəticəsində onlarla “Sepah”çı həlak olub. İsrail ordusu həmçinin  Suriyanın müxtəlif bölgələrində İran hərbi qüvvələrinin 50-yə yaxın bazasını bombardman edərək məhv edib.

 

 

Qeyd edək ki, İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın  Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar