SON XƏBƏRLƏR

Kərbəlada qan su yerinə axır: 20 ölü, 858 yaralı var

2021.10.20, 07:36
Kərbəlada qan su yerinə axır: 20 ölü, 858 yaralı var

Gunaz.tv

GünAz TV: İraqın Kərbəla şəhərində işsizlik, sosial xidmətlərin çatışmazlığı kimi səbəblərdən başlayan və daha sonra hökumətə qarşı çevrilən etiraz aksiyaları 4-cü gündür ki, davam edir.

 

Etirazçılarla polis arasında baş verən qarşıdurmada bu günə qədər 20 nəfər ölüb, 858 nəfər yaralanıb.

 

Polis nümayişçiləri dağıtmaq üçün silahdan istifadə edir.

 

Sosial mediada polisin zorakılığı və Kərbəla xəstəxanasındakı meyitlərin görüntüləri paylaşılır.

 

Paytaxt Bağdadda gecə boyu küçəyə çıxma qadağası qoyulsa da, yüz minlərlə etirazçı Təhrir meydanına toplaşıb. Burada təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən insident nəticəsində 5 nəfər həlak olub, 112 nəfər yaralanıb.

 

İraq İnsan Haqları Ali Komissarlığı etiraz aksiyalarında ölənlərin sayının 74 olduğunu açıqlayıb. Lakin İraq mətbuatı bu rəqəmin 100-ə yaxın olduğunu iddia edir. publika.az

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar