SON XƏBƏRLƏR

Kirman şəhərində daha 1 gənc məhkum edam edilib

2021.10.20, 07:36
Kirman şəhərində daha 1 gənc məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 gənc məhkum edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin bəluc fəallarına istinadən yaydığı xəbərə əsasən, 5 il əvvəl həbs edilən Delqan şəhər sakini, 24 yaşlı məhkum Məhəmməd Bameri, aprelin 28-i sübh saatlarında Kirman şəhərinin zindanında dara çəkilib.

 

Bildirilir ki, yoxsul bir ailədən olan və həbsindən əvvəl tələbə olan məhkum, universitetin təhsil haqqını ödəmək məqsədilə çarəsiz qalaraq, narkotik maddə qaçaqmalçılığına üz tutmuşdu. Gənc məhkum, 5 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar