SON XƏBƏRLƏR

KİV: İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada öldürülüb

2021.10.20, 07:36
KİV: İŞİD lideri Əbu Bəkr əl-Bağdadi Suriyada öldürülüb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini zərərsizləşdirib.


Bildirilir ki, ABŞ hərbçiləri zərərsizləşdirilən şəxsin kimliyini hələ rəsmi şəkildə təsdiqləməyiblər. Jurnalistlər güman edirlər ki, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampın “Twitter”də müəmmalı paylaşımı da bununla bağlı olub.


Qeyd edək ki, ABŞ prezidenti özünün “Twitter”dəki səhifəsində qeyri-müəyyən paylaşım edib.
“İndicə tale əhəmiyyətli bir şey baş verib”, – deyə Tramp yazıb. Lakin ABŞ prezidenti bununla bağlı açıqlama verməyib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar