SON XƏBƏRLƏR

Almaniya kansleri: "Bu tezliklə İranla nüvə razılaşması ehtimalı azdı"

2022.09.13, 04:29
Almaniya kansleri: "Bu tezliklə İranla nüvə razılaşması ehtimalı azdı"

Gunaz.tv

Sentyabrın 12-də Berlində İsrailin baş naziri Yair Lapid ilə görüşdən sonra Olaf Şults İranın “nüvə danışıqlarında hələ də müsbət reaksiya göstərməməsindən” təəssüfləndiyini bildirib, ancaq eyni zamanda səbirli olacaqlarını deyib.

"Nüvə sazişini canlandırmaq üçün danışıqlarda iştirak edən Avropa tərəfləri təkliflər verdilər və İranın razılaşmaması üçün heç bir səbəb yoxdur.

Qeyd etməliyik ki, nüvə sazişinin canlandırılmasına dair razılaşma, şübhəsiz ki, tezliklə baş verməyəcək, başqa tərəfdən, İranın nüvə silahı əldə etməsinin qarşısı alınmalıdır"-deyə, Şults bildirib.

Mətbuat konfransında İsrailin baş naziri Yair Lapid də İranın nüvə silahına yiyələnməsi təhlükəsinin artmasına qarşı tədbir görülməsinin zəruriliyini ifadə edib və uğursuz danışıqlardan imtina etməyin vaxtının çatdığını bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar