SON XƏBƏRLƏR

Luis Mariya de Puç: “Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir”

2021.10.20, 07:36
Luis Mariya de Puç: “Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir”

Gunaz.tv
Luis Mariya de Puç: “Avropa Şurası işğal altındakı ərazilərin azad olunmasını tələb edir” luismariyadepuch020708.jpg Bakı. Tamara Qriqoryeva – APA. Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir. APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Mariya de Puç deyib. O bildirib ki, Avropa Şurası erməni qoşunları tərəfindən işğal olunmuş ərazilərin azad edilməsini tələb edir. Luis Mariya de Puç AŞ PA-nın ötən həftə qəbul etdiyi 1614 saylı qətnamədə Dağlıq Qarabağ problemi ilə bağlı məqamın da olduğunu xatırladıb. AŞ PA rəhbəri iki həftə sora Ermənistana səfər edəcəyini söyləyib: “Səfər zamanı mən Ermənistan hökuməti ilə danışıqlar aparacağam və öz dəyişməz mövqeyimi onlara çatdıracağam”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar