SON XƏBƏRLƏR

Mark Esper: “İran İslam Respublikası gündən-günə artan ağır təzyiq altındadır. Gözlənilməz hər hansı bir olaya hazır olmalıyıq”

2021.10.20, 07:36
Mark Esper: “İran İslam Respublikası gündən-günə artan ağır təzyiq altındadır. Gözlənilməz hər hansı bir olaya hazır olmalıyıq”

Gunaz.tv

GünazTV: Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Mark Esper dekabrın 8-də “Fox News” telekanalına açıqlamasında İranın ağır iqtisadi və siyasi durumundan və bu ölkəyə qarşı artan təzyiqlərdən danışıb.

 

Esper deyib ki, İranda baş verən son kütləvi etirazlar islam respublikasının nə qədər təzyiq altında olmasından xəbər verir: “İran xalqının azadlıq və rifah uğrunda apardığı dinc mübarizəsi təqdirə layiqdir. Bu yaxşı bir addımdır. Bu gün, İran İslam Respublikası gündən-günə artan ağır təzyiq altındadır. Məhz buna görə də hesab edirəm ki, biz gözlənilməz hər hansı bir olaya hazır olmalıyıq” –deyə, Amerikanın müdafiə naziri Mark Esper əlavə edib.

 

Esper İrandakı mövcud ağır vəziyyətin detallarını açıqlamayıb.

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-ə yaxın insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 

Rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində qətlə yetirilənlərdən 18-i azyaşlı uşaqlar və yeniyetmələrdir.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, ən azı 3 axund həlak olub, cəhalət, xurafat və fəsad mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb. Bundan başqa, qəzəbli etirazçılar hakimiyyətə bağlı bir axundu ələ keçirdikdən sonra onun cinsi orqanını kəsib atıblar.  

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar