SON XƏBƏRLƏR

Mehdi Nəimi: Babək Qalası yürüşünün simvolik önəmi var – Müsahibə

2021.10.20, 07:36
Mehdi Nəimi: Babək Qalası yürüşünün simvolik önəmi var – Müsahibə

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda hər il yay mövsümümün ikinci həftə sonu keçirilən ənənəvi Babək Qalası yürüşünün 2005-ci ildən bəri sabiq əzəməti yox idi. Türk fəal Mehdi Nəimi “Amerikanın Səsi” ilə söhbətdə yürüşün təkrar geniş bir şəkildə təşkil olunması istiqamətindəki cəhdləri dəyərləndirir. O, bu yürüşün Milli Hərəkat üçün simvolik önəm daşıdığını önə çəkir.

 

Mehdi Nəimi deyir, “Babək Qalası bir hərbi bölgəyə çevrildikdən sonra artıq yürüş əvvəlki kimi olmadı və onun yerini başqa aksiyalar doldurdu. Amma bu il Güney Azərbaycanda milli fəalların bir qismi bu qərara gəldilər ki, bu mərasimi təkrar canlandırsınlar. Hesab edirəm ki, onlar bunu simvolik olaraq ayaqda tutmaq istəyirlər.

 

2006-cı ilin may ayından bəri müxtəlif zamanlar və münasibətlərdə Güney Azərbaycanda təşkil olunan küçə etirazlarına, həmçinin türklərin tələblərinin stadionlarda səsləndirilməsinə işarə edən Nəimi bu etiraz platformlarının hər birinin özünə məxsus funksiyaya malik olduğunu qeyd edir:

“Müxtəlif etiraz metodları bir-biri ilə ziddiyyətdə deyil. Bunların hər birinin öz yeri var. Funksiyaları və xarakterləri fərqlidir”

 

Onun dediklərinə görə, “Babək Qalası yürüşü başqa etiraz metodlarına ilə fərqli ola bilər. O da onun simvolik olmasıdır. İnsanlar müxtəlif bölgələrdən oraya toplanır. Oradakı etiraz səsi bütün Güney Azərbaycanın səsi olur.”

 

Güney Azərbaycan və Tehran kimi bölgələrdə türklərin təşkil etdiyi bir çox etiraz aksiyası adətən medianın və ya rəsmilərin “anti-türk” ifadələrinə təpki olaraq ortaya çıxır.

 

Bəzi fəallar media və rəsmilərə reaksiya olaraq həyata keçirilən kampaniyalar və etirazların həddindən artıq olduğunu önə çəkirlər.

 

Nəimi isə orijinal faəliyyətlərə daha çox önəm verilməsinin zərurətindən danışır.

 

“Zülm varsa, bir toplum varlığını göstərmək üçün o zülmə etiraz edər... Tənqidlərin bir qismi yerində olan tənqidlərdir. Milli fəalların bu toplumun və coğrafiyanın durumu ilə bağlı hər zaman yeni təhlilləri olmalıdır. O təhlillər üzərində uyğun addım atmalıdırlar. Yoxsa, bir şeylərin baş verməsini gözləmək və sonra onlara reaksiya göstərmək toplumun fəallığını göstərməz” - deyə, Mehdi Nəimi əlavə edir. (Amerikanın səsi)

 

Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/mehdi-n%C9%99imi-bab%C9%99k-qalas%C4%B1-y%C3%BCr%C3%BC%C5%9F%C3%BCn%C3%BCn-simvolik-%C3%B6n%C9%99mi-var-audio-m%C3%BCsahib%C9%99-/4505478.html

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar