SON XƏBƏRLƏR

Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb

2021.10.20, 07:36
Məhkəmə güney azərbaycanlı fəal Ruhulla Əhmədnəjad barəsində hökm çıxarıb

Gunaz.tv

GünAz TV: Təbrizin İnqilab Məhkəməsi güney azərbaycanlı milli-mədəni fəal Ruhulla Əhmədnəjada qarşı irəli sürülən ittihamla bağlı icraata xitam verilməsinə dair hökm çıxarıb.

 

Fəal “ölkəyə qarşı olan cəmiyyətlərdə üzv olmaq” ittihamı ilə mühakimə olunub. Artıq dosye Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi qərarla qapanıb.

 

Azərbaycanlı fəal iyulun 2-də Təbrizdə öz iş yerində mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır.

 

Ettelaat əməkdaşları fəalı saxladıqdan sonra onun qardaşı evinə hücum çəkərək məhkəmə hökmü olmadan evdə axtarış aparıb, ev sahibinə aid bir çox kitab, ləptop və şəxsi yaddaş kartını (flaşka) götürmüşdülər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar