SON XƏBƏRLƏR

Məlayerdə 39 yaşlı kişi bənddə batıb

2021.10.20, 07:36
Məlayerdə 39 yaşlı kişi bənddə batıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Həmədan Əyalətində yerləşən Məlayerdə 39 yaşlı kişinin bənddə çimərkən batdığı bildirilir.

 

Hadisə cümə günü Məlayerin “Kalan” adlanan bəndində baş verib.

 

Bu barədə Məlayer Xilasetmə Heyətinin rəisi Əli Behzadi “İrna” xəbər agentliyinə məlumat verib.

 

“Bu adamın çimdiyi yerin dərin olması, üzməyi yetəri qədər bilməməsi, həmçinin məntəqəni yaxşı tanımaması onun batmasına səbəb olub. Hazırda onun meyitini çıxartmaq üçün lazımi işlər görülür”- deyə o bildirib.

 

Ə.Behzadinin sözlərinə görə, sözügedən şəxsin çimdiyi bənddə suyun səviyyəsinin hündürlüyü 10 metr, dibi isə palçıq olub.

 

Məlayer Xilasetmə Heyətinin rəisi bütün şəhər əhalisini xilasetmə qrupu olmayan və təhlükəli yerlərdə çimməkdən imtina etməyə çağırıb.

 

Suda boğulan şəxsin kimliyi barədə heç bir məlumat yayılmayıb.

 

“Kalan” bəndi Məlayerin cənubunda, şəhərin 30 kilometrliyində yerləşir. Bənddə 45 milyon kubmetr həcmində su saxlanılır.

 

Qeyd edək ki, İranda yay fəslində çox sayda insan dəniz, göl, bənd və s. kimi yerlərdə çimərkən batır. Bunun əsas səbəbi çirmərliklərdə xilasetmə qruplarının olmaması və onların q   eyri-peşəkar fəaliyyətidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar