SON XƏBƏRLƏR

Amerika İranın dron və raket proqramına qarşı yeni sanksiyalar tətbiq edib

2023.01.07, 12:39
Amerika İranın dron və raket proqramına qarşı yeni sanksiyalar tətbiq edib

Gunaz.tv

Dekabrın 6-da ABŞ Maliyyə Nazirliyi 10 il əvvəl Amerikanın sanksiyaları altında olan Qüds Kosmik Sənayesi Təşkilatının İslam Respublikasının əsas silah istehsalçısı kimi İranda dronların dizaynı və istehsalına cavabdeh olduğunu açıqlayıb.

Amerika bu yeni sanksiyaları Rusiyaya silah və xüsusilə də İranın istehsal etdiyi pilotsuz təyyarələrin göndərilməsini məhdudlaşdırmaq üçün tətbiq edib.

“Biz Putini Ukraynaya qarşı qəddar və əsassız müharibə aparmaq üçün istifadə etdiyi silahlardan məhrum etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik”, – deyə Maliyyə Naziri Janet Yellen bildirib.

Bir müddət əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü bu ölkənin İran tərəfindən istehsal olunan pilotsuz təyyarələrin paylama şəbəkəsini pozmaq üçün İsraillə əməkdaşlığını elan edib və bildirib ki, Vaşinqton İranın Rusiyaya istehsal etdiyi pilotsuz təyyarələrin göndərilməsini pozmaq üçün koordinasiyalı yanaşma tətbiq edir. 

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar