SON XƏBƏRLƏR

Amerikalı general: “İranla danışıqlar uğursuz olarsa hərbi seçimə hazırıq”

2021.11.26, 09:44
Amerikalı general: “İranla danışıqlar uğursuz olarsa hərbi seçimə hazırıq”

Gunaz.tv

O deyib ki, əgər Vyanada İranla aparılan nüvə danışıqları nəticə verməsə onun başçılıq etdiyi hərbi qüvvələr Tehrana qarşı hərbi seçimdən istifadə etməyə hazırdır.

“Bizim prezident deyib ki, İran nüvə silahına yiyələnməməlidir. Bu işi aparmaq diplomatlara tapşırılıb. Lakin yuxarıdan əmr gələrsə, Mərkəz Komandanlığının həmişə bununla bağlı müxtəlif planları var və biz onları icra edə bilərik. 

İran bu dəfə nüvə silahı istehsal etməyə və ya onu istehsal etmək üçün potensial gücə yiyələnməyə çox yaxınlaşıb. Düşünürəm ki, onlar, yəni islam respublikası elə bir qabiliyyətə malik olmağa çalışır ki, istədiyi və iradə etdiyi zaman nüvə silahhı istehsal edə bilsin. 

Lakin buna baxmayaraq, İran bir atom bombası üçün kifayət qədər yanacaq depolamaq istəsə belə, onların 3000 ballistik raketinə quraşdırıla bilən kiçik bir nüvə başlığı istehsal etmək imkanları yoxdur. İran hələ ki, Yer atmosferinə qayıda bilən, istiyə, təzyiqə və vibrasiyaya tab gətirə bilən raket hazırlaya biləcəyini nümayiş etdirməyib.

Belə bir raketi istehsal etmək də çox vaxt tələb edir və təxminən bir ildən çox zaman da lazımdır ki, İran nüvə sınağı keçirmək gücünə yiyələnə bilsin. 

İranlıların isə son 3-5 ildə gördüyü yeganə işləri odur ki, onlar yüksək qabiliyyətli ballistik raket platforması qura biliblər”, -deyə ABŞ-ın körfəzdəki Mərkəz Komandanı (CENTCOM)  general Frank Mackenzie bildirib.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün Vyanada Qərblə İran arasında aparılan danışıqlarının 7-ci mərhələsinə noyabrın 29-da start veriləcək. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar