SON XƏBƏRLƏR

Seyid Həsən Amili mövqeyindən geri çəkildi: “Biz Azərbaycanı təhdid etməmişik”

2021.10.20, 07:36
Seyid Həsən Amili mövqeyindən geri çəkildi: “Biz Azərbaycanı təhdid etməmişik”

Gunaz.tv

Cümə imamı son çıxışında irəli sürdüyü fikirlərlə özünü daha “mədəni” və “mehriban” göstərməyə çalışıb.

“İran Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərini layiqincə yerinə yetirib”-deyə, H.Amili İranın hər iki dövlətə qarşı qonşuluq borcunu yerinə yetirdiyi söyləyib.

O, bir daha birinci Qarabağ savaşında Azərbaycana Cümhuriyyətinə dəstək verdiklərini, ikinci Qarabağ müharibəsi zamanı Xamneyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib.

“Qarabağın işğal altında olduğu zaman bununla bağlı davamlı çıxışlar etdiyim üçün Azərbaycanın Tehrandakı səfiri Ərdəbilə gəldi və məni prezident tərəfindən Bakının Heydər məscidində çıxış etməyə dəvət etdi”-deyə, Amili bildirib.

Ərdəbilin cümə imamı bundan öncəki sərt və hədələyici çıxışlarından fərqli olaraq Azərbaycandan gileylənib.

“Biz 25 ildir ki Biləsuvar-Naxcıvan arasındakı yolu Azərbaycanın ixtiyarına vermişik. Bizim üçün ağırdır ki, indi Azərbaycan bir neçə kilometrlik yoldan İran "TIR"-nın keçməsinə imkan vermir, sürücüləri cərimələyir, iki sürücünü isə həbs edib”-deyə, Amili gileylənib.

Amili Azərbaycan və Türkiyə Cümhuriyyətlərində bir sıra mətbuat orqanlarının İrana qarşı əks təbliğat apardıqlarını, əhalidə İranla bağlı yanlış fikir formalaşdırdıqlarını iddia edib.

İmam-cümə İranı “dar günün dostu” adlandırıb.

“Trans-regional güclər bölgədə oyun qurmaqda, aranı qarşıdırmaq niyyətindədirlər. İran və Azərbaycan diqqətli olmalıdırlar. İran düşmənləri ölkəni tamamilə embarqo və iqtisadi blokadaya almaq istəyir.

Amerikanın İrandan təcili olaraq danışıqlara qayıtmasını tələb etməsindən üç həftə sonra Qafqazda durum gərginləşdi. 

Amerikanın bu təhdidləri qarşısında bölgə ölkələri öz təhlükəsizliklərinə diqqət etməlidir”-deyə, Əli Xamneyinin nümayəndəsi İranın ağır durumda olduğunu etiraf edib.

Cümə imamı çıxışının sonunda Əli Xamneyinin Azərbaycanla bağlı mesajının Azərbaycanda yanlış olaraq təhdid kimi qəbul edildiyini, ancaq burada heç bir təhdiddən söhbət getmədiyini və "məsləhət xarakterli mesaj" olduğunu deyib, öncəki çıxışından fərqli olaraq mülayim mövqe göstərməyə çalışıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar