SON XƏBƏRLƏR

Milli Hökumətin 65-ci ildönümü münasibəti ilə Təbriz universiteti və öyrənci yataqxanaları Milli Şüarlarla bəzədilib

2021.10.20, 07:36
Milli Hökumətin 65-ci ildönümü münasibəti ilə Təbriz universiteti və öyrənci yataqxanaları Milli Şüarlarla bəzədilib

Gunaz.tv

GünAzTv: Azərbaycan Milli Hökumətinin qurulmasının 65-ci ildönümü ərəfəsində azərbaycanlı öyrəncilər mədəni fəaliyyətlərə yeni təkan veriblər.

 

Bu günlərdə azərbaycanlı öyrəncilər Təbriz universiteti və Vəliəsr Yataqxanasının divarlarını milli şüarlarla bəzədiblər.

 

Divarlarda “Türkün dili ölən deyil”, “Gələcək bizimdir”, “Türk dilində mədrəsə”, “Yaşasın Müstəqil Azərbaycan” və ... kimi şüarlar görünməkdədir.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, universitetin təhlükəsizlik Bölməsi (Hərasət) yazılan şüarları silməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar