SON XƏBƏRLƏR

Milli-mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Milli-mədəni fəalı cənab Riza Əbri 2010-cu il mart ayının 14-də (isfəndin 23-ü) öz doğmalarına qovuşub. O 76 gün həbsdə saxlanıldıqdan sonra 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə müqabilində azadlığa buraxılıb.

Cənab Əbri 2009-cu il dekabr ayının 29-da (dey ayının 8-i) tanınmış Milli fəal cənab Çingiz Bəxtavərin dəfn mərasimində iştirak edərkən, Təbrizin Maralan qəbiristanlığında ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanmışdı.

Adını çəkdiyimiz milli-mədəni fəal milli təhlükəsizliyin əleyhinə fəaliyyət, pantürkist qruplarda üzvlük, Çingiz Bəxtavərin dəfn mərasimində iştirak etməklə sistemin əleyhinə təbliğ və qanunsuz təşkilat yaratmaqda ittiham edilib.

Cənab Əbri saxlanıldığı müddətdə ETTELAAT əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb, öz doğmaları və vəkili ilə görüşmək hüququndan məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar