SON XƏBƏRLƏR

Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq

2021.10.20, 07:36
Moqerini: İdlibdə hərbi əməliyyatlar bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq

Gunaz.tv

GünAz TV: Suriyanın İdlib vilayətində hərbi əməliyyatların aparılması bölgədə münaqişənin gərginləşməsinə səbəb olacaq.


"Report" TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Moqerini deyib.


"İdlibə hərbi hücum bölgədə yaşayan 3 milyondan çox dinc sakinin həyatını təhlükə altına qoymuş olardı və yeni humanitar fəlakətə gətirib çıxarardı. Hər hansı bir kimyəvi silahdan istifadə dağıdıcı humanitar nəticələr verə bilər", - deyə Moqerininin bəyanatında bildirilir.


"Bundan əlavə, İdlib əyalətində irimiqyaslı hərbi əməliyyatların aparılması qeyri-sabit bir bölgədə onsuz da təhlükəli olan münaqişənin gərginləşməsinə səbəb olacaq", - deyə diplomat qeyd edib.


Onun sözlərinə görə, İdlibdə gərginlikdən qaçmaq lazımdır, əks təqdirdə günahkarlar öz xalqları və tarixləri qarşısında məsuliyyət daşımalı olacaqlar.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar