SON XƏBƏRLƏR

Moskva-Ankara arasında yeni dönəm (Təhlil)

2021.10.20, 07:36
Moskva-Ankara arasında yeni dönəm (Təhlil)

Gunaz.tv

GünAzTv: İki ölkə arasında iqtisadi əlaqələr görünməmiş sürətlə inkişaf etməkdədir.

«Göylər uçub yerə tökülər, Dunay tərsinə axar, İzmail təslim olmaz». 

220 il bundan əvvəl 1790-cı ildə Qara dənizdəki İzmail qalasının sərkərdəsi Mehmet Paşa qalaya təslim olmağı təklif edən rus sərkərdəsi Suvorova belə cavab vermişdi. Qalanın müdlafiçiləri sözlərinin üstündə durdular – ruslar yalnız hamını qıranan sonra qalanı ələ keçirə bmlmişdilər. Həm rus, həm türk tarixinin ən maraqlı səhifələri bu ölkələrin bir-biri ilə müharibəsinə aiddir. Tarix öz yerində amma bu günün reallıqları, xüsusilə – iqtisadi tələblər özünü göstərir – son illər Rusiya və Türkiyə arasında iqtisadi əlaqələr görünməmiş sürətlə inkişaf etməkdədir. Hələ sovet dövründən türklərə ciddi rəqib kimi baxmayan Rusiya rəhbərliyi türkiyəli mütəxəssislərin peşəkarlığına Kremlin təmiri zamanı əmin oldu. Təmiri aparan türk şirkəti sonradan Rusiyanın bütün ərazilərində işləməyə başladı. 

Rusiyanın Azərbaycandakı ticarət nümaynədəsi Yuri Şedrin bildirir ki, iqtisadi əlaqələrin güclənməsi qaçılmazdır – çünki həm ölkələr qonşudur, həm də hər ikisi sürətlə inkişaf edir: «Üstəgəl çoxdankı ənənəvi əlaqələr. 90-cı illərin əvvəllərində SSRİ dağılanda Rusiya və SSRİ-nin digər ölkələrində həyat yeni iqtisadi münasibətlərin qurulmasını tələb etməyə başladı - çemodan biznesi, şop turlar və s. işə düşdü. Bu zaman malların böyük hissəsi Türkiyədən gəlirdi. İndi bu əlaqələr daha sivill və ciddi xarakter alıb. Türkiyənin yüngül sənayesi Rusiyada məşhurdur. Tikinti şirkətləri Rusiya bazarında çoxdan işləyir». 

 

2003-ci ildə işə düşən mavi axın qaz kəməri isə iki ölkə arasında iqtisadi əlaqələri qırılmaz səviyyəyə çatdırdı. Qara dənizin dibi ilə çəkilmiş kəmər ildə 16 milyard kubmetr qaz ötürməyə imkan verir. Sürətlə sənayeləşən Türkiyə elektrikə tələbatını ödəmək üçün enerci daşıyıcılarının 70 faizini Rusiyadan alır. Rusiya və Türkiyə toxuculuq, qida sənayesi, kimya, ağac emalı kənd təsərrüfatı turizm və tikinti sahəsində əməkdaşlıq edirlər. Rusiya Türkiyəyə meşə materialları göndərir, əvəzində qarşı tərəfdən tikinti materialları, ərzaq, xüsusilə kənd təsərrüfatı məhsulları alır. 

Təkcə onu demək kifayətdir ki, son 10 ildə ölkələr arasında ticarət dövriyyəsi 7 dəfə artıraq 30 milyard dolları keçib. İndi Türkiyə üçüncü dünya ölkələri arasında Rusiyanın ən böyük 5 tərəfdaşından biridir. Son addımlar isə iqtisadi əlaqələrin daha da ciddiləşdiyini göstərir. Prezident Dmitrii Medvedyevin Türkiyəyə bu dəfəki səfəri zamanı imzalanan müqavilələrə əsasən Rusiya Türkiyədə Atom Elektrik Stansiyası tikəcək. Bundan başqa Rusiya neftinin Bosfor və Dardanel boğazlarından yan keçməklə birbaşa Aralıq dənizinə çıxarılması üçün «Samsun-Ceyhan» kəmərinin çəkilməsi nəzərdə tutulur. 2011-ci ildə istifadçəyə veriləcək bu kəmər Rusiya neftinin cənubi Avropaya çıxışını asanlaşdırmalıdır. 

Yuri Şedrin bu sənədlər arasında ilk növbədə Türkiyə ərazisində Atom Elektrik Stansiyasının tikintisi ilə barədə müqaviləni önə çəkir: «Bu Rusiya-Türkiyə münasibətlərində yeni səhifənin açılmasıdır. Bundan başqa Mavi axın qaz kəməri, «Samsun-Ceyhan» neft üzrə layihələr, eləcə də Ceyhanda neft emalı zavodunun tikilməsi çox mühümdür. Bunun sayəsində indiyədək xaricə xam neft satan Rusiya indi neft məhsulları da ixrac edə biləcək». 

 

Səfərin ən maraqlı nəticələrindən biri ölkələr arasında viza reciminin ləğv edilməsidir. Son illər Türkiyə kurortları rus turistlərinin sevimli istirahət yerinə çevrilib. Hər il Rusiyadan Türkiyəyə 3 milyon turist gəlir. Ekspertlər şübhə etmirlər ki, vizanın ləğvi bu turistlərin və biznesmenlərin Türkiyəyə və əks istiqamətdə axınını gücləndirməlidir. 

Hələliksə, Rusiyada minlərlə türk iş adamı bizneslə məşğuldur – onlar ticarətdən tutmuş istehsala və bankçılığa qədər iqtisadiyyatın bütün sahələrində işləyirlər. Turkiyənin 100-dən artıq tikinti şirkəti hər il Rusiyada 30 milyard dollarlıq iş görürlər. Öz növbəsində Rusiya iş adamları Türkiyədə iri layihələr həyata keçirirlər – son illər Rusiyalı milyonçuların Türkiyədə otel biznesinə qoyduğu pulları sürətlə artır. Qarşıdakı 5 ildə isə ölkələr arasında ticarətin 100 milyard dollara çatdırılması nəzərdə tutulur. Ekspertlər şübhə etmir ki, əlaqələr belə inkişaf etsə, bu həddi keçmək çətin olmayacaq.

«1-ci kanal»ın Analitik Qrupu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar