GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İrana qarşı birlik qurulur
Şərqi Azərbaycanda enerji qıtlığı yaşanır
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Şolts enerji təchizatı sabitliyinə töhfəsinə görə Azərbaycana təşəkkür edib
İsrail Hizbullahın obyektlərinə zərbələr endirməyə davam edir
Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
ABŞ təşkilatları Ermənistanda yeni AES-in tikintisi ilə bağlı tədqiqatlarda iştirak edir
Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb
Mollalar hicaba riayət etməyənlərə qarşı dolayı müahribə elan ediblər
Kirmanda sosial media fəalları həbs edilib
Tarixi qala baxımsız qalıb
ABŞ İranın əleyhinə yeni sanksiyalar tətbiq edib
Kərəc və Saqqız şəhərlərində 4 məhkum edam edilib
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
KİV: İspaniya Ukraynaya “Patriot” raketləri göndərəcək
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
ABŞ, Britaniya və Kanada İrana qarşı sanksiya tətbiq etdi
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Bunun üçün bəzi saytlar, redaktorlar var ki, bu işi "sənətkar"casına görürlər. Həm də elə edirlər ki, adamın heç ruhu da incimir. Yəni corabı elə toxuyurlar ki, bir də görürsən torun içindəsən.
Körpə əmziyi necə sorursa, onlar da "kliyentin" olan-qalanını elə sorur. Belə südün mayasında təhdid, şantaj, qorxutmaq, qorxmaq varsa, day heç zad. Adam mayanı batırmır, e.., ömrünü batıra-batıra gedir.
Nə isə, telefon zəng çaldı. Ekranda köhnə dostumun nömrəsi göründü. Yaradıcı adamdır, hərdən şeirdən, sənətdən mırt vururuq. Açdım telefonu. Səsindən qayğılı olduğunu hiss etdim. Salamlaşdıqdan sonra soruşdum:
-Nə var, nə yox? Səsindən hiss etdim ki, qayğılısan. Bir şey olmayıb?
Dostumun elə bil dərdi açıldı:
-Deməş, mirzə, demə. İki gündür bir sözə qafiyə tapmıram deyə gözümə yuxu getmir.
Ürəyimdə fikirləşdim ki, bu da sənə ikinci Moşu, qafiyə axtarışındadır. Gülmək istəsəm də özümü yığışdırdım. Axı, kişinin son ümid yeri mən idim, telefon açıb kömək istəyirdi.
-O nə sözdür ki, sənin kimi sənətkar, təbi gələndə ruhu ala buludlarda dolaşan ustad girinc olub?
Düşünmədən cavab verdi:
-Əmzik.
-Nə, nə.., əmzik? - Dəqiqləşdirmək istədim. - Əmzik dedin?
-Hə də, əmzik dedim, Mirzə. Qəşəng uşaq şeiri yazıram. İlişmişəm bu sözün qafiyəsində.
Gülmək məni tutdu. Bir qədər güləndən sonra dedim:
-Sən bu əmziyə aid şeiri böyüklərə həsr etsəydin qafiyəsin tez tapardın. Məsələn, Nazik-əmzik. Bu sözün sinonimin işlətsən, daha güclü bir şey ortalığa çıxarda bilərdin. Vaxtın varsa keşmişdən bir əhvalat danışım.
-Buyur, Mirzə! Sənin danışdığın əhvalatlar duzlu və mənalı olur.
-Deməli, bir nəfər səfərə getməyə hazırlaşır. Bunun bir qədər parası varmış. Pulunu evdə saxlamağa qorxur. Fikirləşir ki, neçə gün evdə heç kim olmayacaq, oğrular gəlib əlində-ovcunda olanı apararlar. Nə isə, onu basır cibinə, durub gəlir vəzifədə işləyən dostunun yanına. Hal-əhvalatı danışır, cibindən amanatı çıxardıb vermək istəyəndə, dostu etiraz edir. Deyir ki, gərək bu işi şahidlərin yanında edəsən. Dərhal işçilərindən üç-dörd nəfəri yanına çağırıb deyir:
-Bu adam bu qədər pulu əmanət edir. Hamınız şahidsiniz?
İşçilər bir ağızdan dillənirlər:
-Hə, şahidik...
Adam arın-arxayın gedir səfərə. Qayıdan kimi gəlir dostunun yanına ki, bəs amanatı qaytar, mən gəlmişəm. Dostu cavab verir ki, nə amanat? Məndə heç bir amanatın yoxdur.
Adam pərt halda deyir:
-Ay, müəllim! Necə yəni amanatım səndə deyil? Mən sənə, bax burada, şahidlərin yanında filan qədər pul vermişəm. Çağır onları.
Müəllim "yaxşı" deyib həmin işçiləri çağırır. Onlara xitabən soruşur:
-Bu adam iddia edir ki, sizlərin yanında mənə bir miqdar pul verib. Siz də şahidsiniz.
Hamısı bir ağızdan deyir:
-Xeyr, biz elə bir işə şahidlik etməmişik.
Adam görür ki, dostuna verdiyi pul batıb, əli ətəyindən uzun geri qayıtmaq istəyəndə müəllim onu saxlayır, seyfindən pulu çıxarıb ona qaytarır.
Adam təəccüblə soruşur:
-Müəllim, bəs niyə bayaqdan məzhəkə çıxardırdın? O nə idi, bu nə idi?
Dostu tövrünü pozmadan deyir:
-Havayı mal, pul süd verən əmzik kimidir. Əmdikcə əmmək istəyirsən. Tamahını saxlamasan, elə hey sormaq istəyəcəksən. Bununla sənə göstərmək istədim ki, əclaf məmurların içində gör necə işləyirəm?
Telefonun o biri başından dostumun qəhqəhə dolu gülüşünü eşitdim. Sakitləşəndən sonra soruşdu:
-Mirzə, danışdığının alt qatını anlamadım, bir izahat ver. Mən söhbəti əmzikdən başladım, sən əclaf məmurlarda qurtardın.
-Elə mən də gəlirəm sənin məsələnin üstünə.
Soruşdum:
-De görüm, əclaf məmurların abreveturası necə olacaq?
O düşünmədən cavab verdi:
-"ƏM"
-Ay sağ ol! Özü də, bu hərəkətdə olan aktiv feldir. İndi gör bu feldən neçə isim yaranır; "əmzik, əmcək, əmən və s". İndi qışqırmayana nə məmə var, nə də pəpə (pəpə uşaq dilində çörək mənasını verir), yəni böyüyə də əmzik lazımdır, kiçiyə də. İllah da, Allah məmurlarımıza insaf verməsin, hərə əlində bir əmziklə düşüblər dövlətin büdcə adlı borusunun üstünə. Bu boruda hərə bir deşik açıb əmziyini yapışdırıb ora. Sorhasordur. Qara maskalılar birini qapazlayıb basır içəri, əmziyini
əlindən alır. Nə qədər əmibsə burnundan gətirir. Onun yerinə təyin olunan məmur gələndə özü ilə əvvəlkindən də böyük əmzik gətirir. Şövqlə yapışdırır büdcə borusunun üstünə. Büdcə də vakuumla işləyir deyə dərhal yapışır. Qaz, su, neft borularını açırsan, vakuumda olduqlarına görə əvvəlcə təzyiqlə hava gəlir.., sonrası isə əmziklərin işidir. İndi hərə əlində bir, bərkgedənlər isə iki-üç əmzik gəzdirir. Harda tutursa, orada sormağa başlayırlar. Lap o meyxanada deyildiyi kim:
Sorhasordur, əmib sorub durdular
Əcəb deyib əmziyimizi qırdılar.
Amma qafiyə yaxşı gəldi ha.
Dostum razılaşdı, həm də elə bil dərdi açıldı:
-Düz deyirsən, Mirzə, - dedi- bu məmurlar əmziklərin bir neçəsini ötürüblər qida sahəsinə. Qiymətlərin üstünə elə bil əmziyin də qiymətini qoyublar. Sən canın Mirzə, belə şey olar?
Hələ aptekləri demirəm. Məmləkətdə sanki hərrac keçirilir, qiymət davası gedir. Bu gün bu qiyməti qoyuram, sabah qaldırıram. Alan varmı?
Əlbəttə var, ehtiyac varsa, deməli qiyməti qaldırmaq lazımdır. Əmziklər işləyir. -Bir anlığa susdu, nə düşündüsə sual verdi. - Yaxşı, Mirzə, bəs mən neyləyim?
Mən də gülərək cavab verdim:
-Sən bu əmziyə qafiyə axtarmağı tərgit, amma əmziyini yanından əksik eləmə. Bəlkə sənin də bəxtin gətirdi, qabağına yekə boru çıxdı, o zaman onu ora yapışdırarsan. Necə deyirlər: "Süd verən inək yelindən bəllidir". Dostum mənimlə razılaşıb sağollaşdı. Deyəsən ağlına nəsə batmışdı.
İndi bu şair dostum cibində əmziklə aralarda dolaşır. Hələ ki, cəhdləri alınmayıb.
Terror qruplaşması Azərbaycana qarşı tədbir keçirib
Tarixi qala baxımsız qalıb
Təbrizli körpəyə türk adına görə sənəd verilmir
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
Güneyli aktivist məzuniyyətə göndərilib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb