SON XƏBƏRLƏR

SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia: Terror planı hazırlayırmış

2022.05.27, 05:36
SEPAH-ın öldürülmüş polkovniki ilə bağlı iddia: Terror planı hazırlayırmış

Gunaz.tv

Məlumatda “Qüds” qüvvələrinin israilli diplomata, amerikalı generala və fransız ziyalısına qarşı sui-qəsd planının bu missiyalardan biri olduğu yazılıb.

Məlumata görə, Amerika rəsmiləri israilli həmkarlarına istinadən “Wall Street Journal”a SEPAH-ın öldürülmüş zabitinin vəzifəsi və missiyası ilə bağlı təfərrüatları təqdim ediblər.

Bu addımın anonimlik şərti ilə amerikalılara məxfi xəbərlər təqdim edən İsrail ordusunun mənfi reaksiyası ilə qarşılandığı qeyd olunub.

“The Wall Street Journal” Amerikadakı mənbələrinə istinadən yazır ki, polkovnik Həsən Səyyad Xudayi İnqilab Keşikçiləri Korpusunun 840-cı “Qüds” bölməsinin rəisi kimi xaricdən İran müxaliflərini oğurlamaq əməliyyatlarını və digər ölkələrin vətəndaşlarının öldürülməsini planlaşdırıb və bu əməliyyatlara başçılıq edib.

2021-ci ildə Kiprdə polkovnik Xudayinin terror hədəflərindən biri olan israilli iş adamının terroru Kipr təhlükəsizlik qüvvələrinin Azərbaycan Respublikasının vətəndaşı olan silahlı şəxsi həbs etmələrindən sonra uğursuz qalıb.

“The Wall Street Journal” polkovnik Səyyad Xudayinin öldürülməsini İran hökuməti ilə İsrail arasında davam edən müharibənin bir hissəsi kimi qiymətləndirir və İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün İran daxilində əməliyyatlarını genişləndirdiyini bildirir. 

Qeyd edək ki, mayın 22-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabiti Həsən Səyyad Xudayi Tehranda öz evinin qarşısında iki motosikletçi tərəfindən güllələnərək öldürülüb.

Polkovnik Həsən Səyyad Xudayi 840-cı Qüds qüvvələri bölməsinin komandir müavini olub. 840-cı Qüds Qüvvələrinin missiyası İsrail maraqlarına zərbə vurmaq və İsrail vətəndaşlarına hücum etmək və bölgə ölkələrində İranmeyilli terror qruplaşmalarını təşkilatlandırmaqdan ibarətdir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar