Nadir Qazipur səhiyyə nazirini Urmiyada verdiyi açıqlamaya görə tənqid edib

2019-11-14 11:09

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur İranın səhiyyə nazirinın Urmiyada xəstəxanalarla bağlı verdiyi açıqlamaya görə tənqid edib.

 

Millət vəkili bu barədə çərşənbə günü “Fars” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Qərbi Azərbaycanda xəstəxanaların 2500 çarpayıya malik olması heç də yetərli deyil. Bu, 3 milyon 200 min əhalisi olan əyalətin ehtiyaclarına cavab verməz.”- deyə o bildirib.

 

Nadir Qazipur Qərbi Azərbaycanda xəstəxanaların ümumi tutumunun əyalətin əhali sayısına uyğun olmadığını dəfələrlə diqqətə çatdırıb. O bildirib ki, 2500 xəstəxana çarpayısı 2 milyondan az əhalisi olan bölgə üçün bəlkə də normal sayıla bilər, lakin 3 milyon 200 min əhalisi olan Qərbi Azərbaycana təxminən 5 min çarpayıya malik olan xəstəxanalara ehtiyac var.

 

Qeyd edək ki, İranın səhiyyə naziri Səid Nəməki çərşənbə günü Urmiyada Milad Xəstəxanasının açılışı mərasimində son illərdə Qərbi Azərbaycan Əyalətində səhiyyə sahəsində xeyli iş görüldüyünü və xəstəxanaların əhalinin ehtiyaclarına cavab verdiyini açıqlamışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Əlirza Fərşi zindan rəisinin müavininə məktub yazaraq, həbsxananın ağır durumuna etiraz bildirib

2020-08-15

gun az article

Həmədan əyalətində xəstəxanalara yerləşdirilən 398 nəfər müalicəsini davam etdirir

2020-08-15

gun az article

Təbriz Tibb Universiteti: “Tələbələrin məzuniyyət mərasimini keçirənlərə qarşı ciddi tədbir görəcəyik”

2020-08-15

gun az article

Qəzvin əyalətində 402 təhlükəli kimyəvi sənaye mərkəzi aşkarlanıb

2020-08-15

gun az article

GünazTV Aug.14.2020-QADINCA: Lobnan, İran və ermənistan münasibətləri

2020-08-15

gun az article

GünazTV Aug.14.2020: Azadlıq səsi: İrana qarşı silah embarqosunun məqsədi

2020-08-15

gun az article

Şərqi Azərbaycanda ağır yol qəzası baş verib

2020-08-14

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-14

gun az article

Evin zindanında saxlanılan milli fəallar: Dövlət televiziyasında yayımlanan reportaj gülünc və yalandır

2020-08-14

gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12