SON XƏBƏRLƏR

NATO-Rusiya münasibətləri gərginləşir

2021.10.20, 07:36
NATO-Rusiya münasibətləri gərginləşir

Gunaz.tv
NATO-Rusiya münasibətləri gərginləşir moskva.jpg Almaniyada səfərdə olan RF prezidenti Dmitri Medvedyev NATO-nun genişlənməsinin Rusiya ilə alyansın münasibətlərinə son qoyacağını bildirib. O deyib ki, alyansın genişlənməsinin davam etdiriləcəyi təqdirdə əlaqələrin tamamilə kəsiləcəyinə və uzun müddət ərzində bərpa olunmayacağına əmindir. Mütəxəsislərin fikrincə, Medvedyevin hədələri NATO-nun Rusiyaya qarşı aqressivliyini artıra bilər. Siyasi şərhçi Aydın Quliyevin fikrincə, bu gün NATO ilə Rusiyanın münasibətləri olduqca kövrək və həssas bir mərhələdədir: "Əvvəlki dövrlərdə olduğu kimi münasibətlər xeyli pisləşə bilər, və ya müəyyən pozitiv görüntülərlə irəliyə gedə bilər. Amma hadisələr və faktlar göstərir ki, NATO ilə Rusiya arasındakı münasibətlər gərgin təsir bağışlayır. Tural NATO-nun genişlənməsi, Avropada ABŞ-ın yeni radar və Raketdən Müdafiə Sistemlərinin yerləşdirilməsində və Avropanın enerji təhlükəsizliyinin təminatında bu iki qüvvə arasında ciddi problemlər var". Dmitri Medvedyevin Almaniyada NATO ilə bağlı səsləndirdiklərinin yeni olmadığını deyən Aydın Quliyev belə bəyanatları prezidentliyinin son aylarında Vladimir Putinin də verdiyini xatırlatdı: "Bəzi Avropa ölkələri enerjilə daha yaxşı təmin olunmaq məsələsində Rusiyanın mövqeyinə müəyyən qədər loyal yanaşmağa başlayıb. Sonuncu sammitdə NATO-nun genişlənməsi müzakirə olunarkən Fransa və Almaniya açıq-aşkar Ukrayna və Gürcüstanın üzvlüyünə qarşı çıxdılar". Ekspert bu qarşıdurma Rusiyanın mövqeyinin o qədər də zəif olmadığını bildirdi: "Ümumiyyətlə NATO- Rusiya münasibətlərinin gələcəyi barədə dəqiq və optimist proqnoz vermək hələlik çətindir". Aydın Quliyev Rusiyanın NATO-nun güclənlməsini təhdid kimi dəyərləndirdiyini bildirdi: "Amma NATO-nun genişləndirilməsi Rusiya üçün təhdid addımı deyil. Əksinə, dünya üçün lazımlı olan bir təhlükəsizlik sisteminin məkanca genişlənməsidir. Medvedyevin bu bəyanatı NATO-Rusiya münasibətlərinin ifrat həddə gərginləşəcəyinin əlaməti kimi qəbul oluna bilməz. Çünki münasibətlərin indikindən də daha pis olmasının məsuliyyətini həm NATO-da, həm Rusiyada yaxşı anlayırlar". xalqcebhesi qezeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar