SON XƏBƏRLƏR

"Azərbaycan polad sənayesinin maliyyə hesabları Tehranda cəmlənib"- Sabir Pərniyan

2022.08.20, 07:41
"Azərbaycan polad sənayesinin maliyyə hesabları Tehranda cəmlənib"- Sabir Pərniyan

Gunaz.tv

Sabir Pərniyan bu məsələnin valilikdə müzakirə olunmasının vacibliyini və problemin həlli üçün addımlar atılmasını istəyib.

Bundan öncə Şərqi Azərbaycan Vergilər İdarəsinin başçısı İsa Oruczadə də oxşar məsələ ilə bağlı təklif irəli sürüb və Azərbaycanın Süngün Mis Mədəni və Miyana Polad Sənayesinə aid olan vəsaitlərin Tehrandan əyalətə köçürülməsini istəmişdi.

O, Şərqi Azərbaycan gəlirlərinin 95-nın vətəndaşlardan yığılan vergilərin təşkil etdiyini, Azərbaycana aid olan gəlir və qazancların xeyrinin isə Tehranın büdcəsinə əlavə edildiyini deyib.

Bundan öncə iyun ayında Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Palatasının başçısı Sabir Pərniyan bankların əyalət əmanətçilərinin pullarını başaq əyalətlərə daşımaqda ittiham edib və bunun yolverilməz olduğunu bildirmişdi.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Ticarət Palatasının başçısı Yunis Jailə mediaya verdiyi açıqlamada İran hökumətinin Şərqi Azərbaycanda özəl bankların açılmasına icazə vermədiyini, Azərbaycana məxsus vəsaitlərin başqa şəhərlərin banklarında saxlanıldığını deyib.

O, bundan öncə dəfələrlə Şərqi Azərbaycanda özəl bankların açılması ilə bağlı müraciət etmələrinə baxmayaraq “bu ölkənin milli mənafeinə uyğun deyil” cavabı aldıqlarını qeyd edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar