SON XƏBƏRLƏR

Zənganda Aşıqlar bayramının keçirilməsinə icazə verilmədi

2022.04.18, 12:47
Zənganda Aşıqlar bayramının keçirilməsinə icazə verilmədi

Gunaz.tv

Hökumət qurumları bunu Ramazan ayı ilə əlaqələndiriblər.

Festivalın ideya müəllifi, musiqiçi və folklor araşdırmaçısı Məhəmməd Rəzzaqi mediaya verdiyi açıqlamada festivalın məcburiyyət qarşısında yay aylarına ertələndiyini deyib.

O, bu festivalı ölkədə aşıq musiqisi sahəsində yeganə populyar proqram adlandıraraq 10 il ardıcıl davam etdikdən sonra son iki ildə keçirilməsinin mümkün olmadığını qeyd edib.

Qeyd edək ki, 19 aprel güney azərbaycanlı aşıqlar və sənətçilər tərəfindən “Aşıq ədəbiyyatı və musiqisi kimi günü” adlandırılıb və hər il bu mərasimə Həmədan, Savə, Urmu, Təbriz, Ərak və başqa bölgələrdən çox sayda aşıq qoşulur. 

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar