SON XƏBƏRLƏR

Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

2023.02.04, 09:00
Zəncanlılar Xoya 10 maşın yardım göndərdi

Gunaz.tv

Fevralın 3-də zəncanlıların topladığı zəruri mallar 10 yük maşını vasitəsilə Xoy şəhərinə göndərilib.

Yük maşınlarının üzərində Azərbaycan dilində müxtəlif dəstək şüarları, o cümlədən "Zəncandan Xoya yardım", "vətən adına birlik yaraşar" sözləri yazılmış plakatlar asılıb.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200 nəfərdən çox insan yaralanıb.

Qərbi Azərbaycan əyalətinin Mənzil Fondunun verdiyi məlumata görə, zəlzələ nəticəsində  9 250 ev istifadəsiz vəziyyətə düşüb.

Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Timur


 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar