SON XƏBƏRLƏR

Güney Azərbaycanda Dəmiryolu işçiləri tətil edir

2021.10.20, 07:36
Güney Azərbaycanda Dəmiryolu işçiləri tətil edir

Gunaz.tv

Salmas, Culfa, Tufarqan, Mərən və Əcəbşer şəhərlərinin dəmir yollarında çalışan işçilər əmək haqlarının ödənilməsi ilə bağlı müraciətlərinin əlaqədar qurumlar tərəfindən cavabsız qalmasına etiraz edib.

Onlar bununla yanaşı işlədikləri sahənin özəl sektora verilməsindən sonra iş şəraitlərinin daha da çətinləşdiyini, ədalətsizliyə və istismara məruz qaldıqlarını qeyd ediblər.

İşçilər bildirib ki,  hazırkı vəziyyətdə məşğul olduqları sahə podratçı şirkətlər vasitəsilə idarə olunduğu üçün daimi olaraq iş təminatlarından narahatdırlar.

“Uzun illərdir ki, bütün müqaviləli işçilər üçün ümumiləşdirmə planınının həyata keçirilməsini istəyirik. Ancaq rəsmilər hələlik bunun həyata keçirilməsinə razılıq verməyiblər.

Ümumiləşdirmə planı əmək haqqının birləşdirilməsinə və bütün işçilər üçün daha yaxşı iş şəraitinin yaradılmasına səbəb olacaq. Bundan əlavə, işçilər haqqında qanunun monitorinqini və icrasını asanlaşdıracaq”-deyə, dəmir yolları işçiləri bildiriblər.

Dəmiryolu işçiləri bu sahənin dəmir yollarının təmiri və lazım olan ehtiyat hissələrinin alınması üçün vəsaiti olmayan podratçı şirkətlərə verilməsinin düzgün addım olmadığını qeyd edirlər.

“Çətin şəraitdə Azərbaycanın dəmir yolu xətlərini saxlayır, təmir edir və sərnişin qatarlarının təhlükəsizliyini təmin edirik.

Buna görədə dəmiryolunun infrastrukturu və təmiri kimi sahələr özəl şirkətlərə verilməməlidir”-deyə, onlar  özəl şirkətlərin fəaliyyətlərinin dəmir yolları və işçilər üçün qane edici olmadığını deyiblər.  

Qeyd edək ki, dəmir yolu işçiləri cari günəş ili ərzində oxşar problemlərlə bağlı bir neçə dəfə aksiya keçiriblər.

Ancaq bu günə kimi onların istəklərinin heç biri yerinə yetirilməyib. 

 

کارگران راه آهن آذربایجان

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar