SON XƏBƏRLƏR

Güney Azərbaycanda məktəb tikintisinə pul ayrılmır

2021.11.09, 12:57
Güney Azərbaycanda məktəb tikintisinə pul ayrılmır

Gunaz.tv

İranın Təhsil Nazirliyi və başqa əlaqədar dövlət qurumları vəsait çatışmazlığı bəhanəsi ilə məsuliyyətlərini yerinə yetirmirlər.

Bu barədə Zəngan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Cahangir Səfəri açıqlama verib.

O, hazırda əyalətdə fəaliyyət göstərən məktəblərdən 318-nin yerli xeyriyyəçilərin vəsaiti hesabına tikildiyini deyib.

Açıklama yok.

Cahangir Səfəri cari təhsil ilində də xeyriyyəçilərin daha 16 yeni məktəbin tikintisini başa vurub Təhsil İdarəsinə təhvil verəcəklərini qeyd edib.

Başçı son 4 ildə Zəngan xeyriyyəçilərinin 66 yeni məktəb tikərək texiniki avadanlıqla təmin edilərək şagirdlərin istifadəsinə verildiyini söyləyib.

“Cari günəş ilinin əvvəlindən bu günə kimi yerli xeyriyyəçilər məktəb tikintisi üçün daha 22.8 milyard tümən vəsait ödəyiblər. Bu son 3 illik dövrdə 260% artım göstərir”-deyə, Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı bildirib.

Bununla yanaşı Şərqi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Peyam Sidqidə mətbuata verdiyi müsahibədə əyalət məktəblərinin 1057-nin xeyriyyəçilər vasitəsilə inşa edildiyi barədə məlumat verib.

P.Sidqi hazırda azərbaycanlı xeyriyyəçilərin məktəb tikintisi və texniki təchizatı üçün daha 220 milyard tümən büdcə ayırdıqlarını və bunun təhsil ilinin sonuna kimi 300 milyard tümənə çatacağını proqnozlaşdırdıqlarını deyib.

62082838.jpg

Qeyd edək ki, uzun illərdir İran hökuməti bir sıra əyalətlərdə, o cümlədən Güney Azərbaycan əyalətlərində yeni təhsil ocaqlarının tikintisi, köhnə məktəblərin təmiri və bərpası üçün vəsait ayırmır.

Təhsil Nazirliyinin yerli nümayyəndəlikləri nazirliyin təhsil ocaqlarına vəsait ayırmaq gücündə olmadığını deyir, problemin həlli üçün yerli əhalinin ianələri və xeyriyyəçilərin yardımlarının lazim olduğunu bildirirlər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar