Onun xəstəxanaya köçürüldüyü bildirilir.
Vəkili Məhəmməd Muqimi özünün tvitter hesabında etdiyi paylaşımda iki həftədir aclıq aksiyası keçirən müvəkkilinin həyatının təhlükədə olduğunu yazıb.
Qeyd edək ki, mayın 7-də mədəni fəal və siyasi məhbus Fərhad Meysəmi Cəlalinin edam hökmünə etiraz olaraq quru aclıq aksiyasına başlayıb.
Fərhad Meysəmi İranda tanınmış mədəni fəallardandır və icbari hicaba etiraz etdiyi üçün 5 il müddətinə azadlıqdan məhrum edilərək 2018-ci ilin avqust ayından məhkumluq dövrünü yaşayır.
“Əhmədrza Cəlali bu gün yer üzündə ən müdafiəsiz insanlardan biridir. Onun öldürülməsinə imkan verməyin”-deyə, siyasi məhbus iki həftə öncə zindandan yazdığı məktubunda qeyd edib.
Cavidan