Nərgiz Məhəmmədi BMT-yə məktub yazıb: "Məhbus müəllimlər təkadamlıq kameralarda saxlanılır"

09.07.2022, 05:04

İnsan Haqlarının Müdafiəsi Birliyinin həbsdə olan sədr müavini Nərgiz Məhəmmədi BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana məktub ünvanlayıb.

Gunaz.tv Quote | Gunaz article

"Müəllimlərin Həmkarlar İttifaqının liderləri və onlarla müəllim fəal 75 gündən artıqdır ki, ETTELAAT-ın təkadamlıq kameralarında təzyiq altındadır.

Əmək fəalları da habelə təkadamlıq kameralarda saxlanılırlar. Bu, müəllim və işçilərlə bağlı iki nüfuzlu həmkarlar ittifaqına qarşı açıq şəkildə repressiya deməkdir"-deyə, xanım N.Məhəmmədi bildirib. 

O, müəllim və işçi fəallarının təkadamlıq kameralarda saxlanmasını, ailələrinə heç bir xəbər verilməməsini və telefon əlaqələrinin kəsilməsini onlara qarşı tətbiq edilən "ağ işgəncə" adlandırıb və Cavid Rəhmandan bununla bağlı daha təsirli addımlar atmasını istəyib.

"Müstəqil vətəndaş institutlarının sıxışdırılması vətəndaş cəmiyyətini çökdürmək, insanların demokratiyaya nail olmasının qarşısını almaq üçün İranın əsas məqsədlərindən biridir və bu da insan hüquqlarının pozulması hesab olunur.

Davamlı və müstəqil etiraz hərəkatımızın və sivil mübarizəmizin məqsədi dini diktator rejimindən qurtulmaqdır və demokratik keçid üçün vətəndaş cəmiyyətinin formalaşması, təşkili və gerçəkləşməsinə ehtiyacımız var", -o, qeyd edib.

Nərgiz Məhəmmədi Cavid Rəhmandan müstəqil vətəndaş təsisatlarının repressiyalarının qarşısının alınması üçün Tehran hökumətinə təzyiq edilməsini vacib sayıb.

O, BMT nümayəndəsindən vətəndaş cəmiyyəti institutlarına və fəallarına beynəlxalq mexanizmlər vasitəsilə dəstək verilməsini istəyib.

Əslən Zəngan (Zəncan) şəhərindən olan Nərgiz Məhəmmədi iki ittihama görə, 8 il həbs, 70 şallaq cəzası alıb, siyasi partiyalara və sosial şəbəkələrə giriş qadağan edilib. 

Xanım Məhəmmədi əvvəllər başqa bir iş üzrə 16 il həbs cəzasına məhkum edilmişdi, ancaq o, həbsin 8 ilini çəkdikdən sonra 2019-cu ilin oktyabrında azad edilmişdi.

Zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-i 2022-ci ildə Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə yenidən 8 il həbs cəzası və 70 şallaq zərbəsinə məhkum edilib və hal-hazırda "Qərçək" zindanında məhkumluq dövrünü yaşayır.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Laçın dəhlizində gömrük postu qoyacaq –Sülhməramlıların komandanından açıqlama-VİDEO

2022-12-05

gun az article

İran üçün təhlükə getdikcə artır – ABŞ kəşfiyyatı

2022-12-05

gun az article

İran parlamentinin Hüquq Komissiyasının üzvü həbs olunanlarla bağlı dəqiq məlumat olmadığını iddia edir

2022-12-05

gun az article

Azərbaycan Prezidenti Türkmənistanın Baş nazirinin müavinini qəbul edib

2022-12-05

gun az article

Azərbaycan və Türkiyə İranla sərhəddə birgə hərbi təlimlərə başladı –VİDEO

2022-12-05

gun az article

İranın Milli Təhlükəsizlik Şurasının üzvü: "Nazirlər Kabinetində islahat vacibdır"

2022-12-05

gun az article

Ermənistan I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin qalıqlarını Azərbaycana verib

2022-12-05

gun az article

Ukraynadakı müharibədə 33 gürcü döyüşçü həlak olub

2022-12-05

gun az article

İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar

2022-12-05

gun az article

İranda “Əxlaq” polisinin səlahiyyətləri azaldıla bilər

2022-12-05

gun az article

Amerikalı general: "İran Yaxın Şərqdə sabitliyi pozan əsas elementdir"

2022-12-04

gun az article

Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edib

2022-12-04

gun az article

Əhməd Obalı Ağalıya səfər edib

2022-12-04

gun az article

Zahidanda iki etnik bəluç edam edilib

2022-12-04

gun az article

İrana məxsus hərbi sursat və raket yanacağı daşıyan gəmi Oman körfəzində ələ keçirilib

2022-12-04

gun az article

Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir

2022-12-04

gun az article

Vaşinqtonda Güney Azərbaycana dəstək aksiyası keçirilib-FOTOLAR

2022-12-04

gun az article

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə gedib

2022-12-04

gun az article

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

2022-12-04

gun az article

Azərbaycan XİN İrana nota verib

2022-12-03