SON XƏBƏRLƏR

Güneyli idmançıya beynəlxalq yarışa qatılmaq üçün icazə verilməyib

2022.08.06, 07:15
Güneyli idmançıya beynəlxalq yarışa qatılmaq üçün icazə verilməyib

Gunaz.tv

Buna səbəb İranın ən güclüsü adını qazanmış idmançıya viza verilməməsidir.

Britaniya səfirliyi İrana qarşı tətbiq edilən sanksiyalara görə, Maheripurun Uelsdə dünyanın ən güclü kişiləri arasında keçiriləcək Deadlift yarışlarına getməsi üçün viza verməkdən imtina edib.

Bundan öncə İranın basketbol, karate və atletka komandalarına viza verilmədiyi üçün beynəlxalq yarışlara qatıla bilməyiblər.

Qeyd edək ki, Yaxın Şərqdə öldürülən amerikalı əsgərlərin qohumları və İranın müxalifləri İran komandalarında çox sayda İran İnqilabı Keşikçiləri Korpusunun üzvləri və tərəfdarlarının olduğuna inandiqları üçün Bayden hökuməti və başqa Qərb dövlətlərindən İran komandalarına viza verilməməsini istəyiblər.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar