Güneyli mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib

06.12.2022, 05:35

Dekabrın 5-də Tehran İnqilab Məhkəməsinin 54-cü şöbəsində Evin zindanında saxlanılan azərbaycanlı mədəni fəal Əkbər Nəiminin məhkəmə iclası keçirilib.

Gunaz.tv Quote | Gunaz article

Mədəni fəalın qardaşı Abbas Nəimi öz İnstaqram səhifəsində Ali Məhkəmənin Əkbər Nəimi barəsində çıxardığı hökmün pozulmasından sonra milli fəalın vəkilləri Məhəmmədrza Fəqihi və Zəhra Minuyinin iştirakı ilə keçirildiyini yazıb.

Bundan bir müddət əvvəl İran Ali Məhkəməsi yeni qərar çıxararaq Evin zindanının 3-cü bölməsinin 4-cü bəndində saxlanılan mədəni fəalın 8 illik həbs cəzası ləğv edilməsi barədə qərar verib.

Ancaq buna baxmayaraq, Tehran Apellyasiya Məhkəməsinin 54-cü bölməsi qanunsuz hərəkət edərək Nəminin girov qarşılığında sərbəst buraxılmasına icazə vermir.

 Əkbər Nəiminin vəkilinin 16 iyul tarixindən bu günə kimi Apellyasiya Məhkəməsinə onlarla dəfə müraciətinə cavab olaraq, onun dosiyesinin itdiyi deyilib.

Son olaraq isə vəkilə Nəiminin sərbəst buraxılmayacağı və onun Evin zindanında yenidən mühakimə olunana qədər həbsdə saxlanılacağı bildirilib.

Əkbər Nəimi 2021-ci il iyunun 19-da Təbrizdə həbs edilib. Məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrinə təbliğat aparmaq" ittihamları ilə müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başlayıb-FOTO

2023-02-06

gun az article

İranda jurnalistlərə qarşı təzyiqlər davam edir

2023-02-06

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

2023-02-06

gun az article

Türkiyədə yenidən 7,8 maqnitudalı zəlzələ olub

2023-02-06

gun az article

Möhsün Rzayi Azərbaycana “məsləhət” verdi

2023-02-06

gun az article

İranda son 80 ilin ən şiddətli inflyasiyası yaşanır

2023-02-06

gun az article

İranda universitet müəllimləri işdən qovulur

2023-02-06

gun az article

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

2023-02-06

gun az article

"Avropa İran məsələsində İsraillə uzlaşmaya yaxınlaşıb"-Netanyahu

2023-02-06

gun az article

İsrail Türkiyəyə yardım ayırdı

2023-02-06

gun az article

İranda məcburi hicab qaydaları sərtləşdirilir

2023-02-06

gun az article

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb, 639 nəfər yaralanıb

2023-02-06

gun az article

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib: "Hər zaman Türkiyənin yanındayıq"-FOTO

2023-02-06

gun az article

Azərbaycan Prezidentinin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir

2023-02-06

gun az article

İlham Əliyev Ərdoğana başsağlığı verib

2023-02-06

gun az article

Türkiyədə 7.4 bal gücündə zəlzələ olub, 912 nəfər ölüb, 5385 nəfər yaralanıb

2023-02-06

gun az article

İsrail İranda üç min hərbi hədəf müəyyən edib

2023-02-06

gun az article

Rusiya ilə İran birgə PUA istehsal edəcəklər

2023-02-06

gun az article

Ceyhun Bayramov İranda səfirliyə hücum zamanı yaralananları ziyarət edib

2023-02-05

gun az article

Hulusi Akar: “Ermənistan verilən fürsətdən istifadə etməlidir”

2023-02-05