SON XƏBƏRLƏR

SEPAH Güney Azərbaycanda mədənləri ələ keçirir

2021.10.20, 07:36
SEPAH Güney Azərbaycanda mədənləri ələ keçirir

Gunaz.tv

Bu proses mühafizəkarların nümayəndəsi İbrahim Rəisinin prezidentliyə gətirilməsindən sonra yenidən sürətləndirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Şərqi Azərbaycanda yerləşən “Aşura” briqadasının elmi və texniki məsələlər üzrə komandir müavini Nadir Ərsəlani sentyabrın 27-də Qaradağda yerləşən Əncird mis mədənindən görüş keçirib.

İ.Ərsəlani Qaradağ və Əhərdə yerləşən qızıl və mis mədənlərinin əhəmiyyətindən danışaraq, bu mədənlərin bölgə əhali arasında işsizliyin aradan qaldırılması üçün böyük potensiala malik olduqlarını deyib.

O, eyni halda zəngin qızıl və mis yataqlarına malik olmasına baxmayaraq Qaradağ bölgəsi və Əhərin lazimi qədər inkişaf etmədiyini söyləyib.

SEPAH-ın nümayəndəsi illərdir ki, adı çəkilən yataqlardan çıxarılan konsantratın xammal şəklində əyalətdən çıxarıldığını deyib. Onun szölərinə görə, bölgədə emal zavodları qurulsa bu, yerli əhalinin iqtisadi inkişafına səbəb olacaq.

Nadir Ərsəlani hal-hazırda “Süngün” mis mədəninin dövriyyədə olan 10 min milyard tümən vəsaitinin yalnız 1%-nın Şərqi Azərbaycanda olduğunu açıqlayıb.

“Aşura” briqadasının elmi və texniki məsələlər üzrə komandir müavini çıxışının sonunda görüşdən məqsədinin nədən ibarət olduğunu etiraf edib.

“Mədənin mütəxəssislərə olan ehtiyaclarını ödəməyə və mədənçilik sahəsində fəal olan “Bəsic” üzvlərinin vasitəsilə yeni ideyaları təqdim etməyə hazırıq”-deyə, mədənlərdə “SEPAH”a bağlı yarım hərbi “Bəsic” qüvvələrinin yerləşdirilməsi istəyini açıqlayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar