SON XƏBƏRLƏR

Zənganda 10 ildir vacib nəqliyyat layihəsinin icrası yarımçıq qalıb

2021.10.20, 07:36
Zənganda 10 ildir vacib nəqliyyat layihəsinin icrası yarımçıq qalıb

Gunaz.tv

Mətbuata verdiyi açıqlamada Höccət Məhəmmədi 10 il öncədən başlayan körpü tikintisinin bu günə kimi yalnız 60%-nın hazır olduğunu deyib.

Onun sözlərinə görə, bundan öncə ayrılan 2 milyard tümən vəsait uzun zaman keçdiyinə və qiymətlərin artdığına görə heç nəyi həll etmir. O, sonradan ayrılan 4.5 milyard tümən vəsaitində körpünün tikintisinin başa çatmasına yetmədiyini qeyd edib.
Fərmandar deyib ki, körpü tikintisi başa çatmadığı üçün alternativ təhlükəli yollardan istifadə çoxlu sayda yol qəzalarının baş verməsi ilə nəticələnir.

Qeyd edək ki, Əbhər-Xurrəmdərə-Sayınqala istiqamətində hərəkət edən bir çox nəqliyyat vasitələrinin istifadə etməyə məcbur olduğu yolun üzərində salınmalı olan "Cəmaləddin" körpüsünün tikintisi yarımçıq qalıb. 

Bu üzdən hər gün minlərlə insan əziyyət çəkir, daha təhlükəli yollardan istifadə etməyə məcbur olur.
 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar