SON XƏBƏRLƏR

XTQ-nin "Qarabağ" ordenli şəhid kapitanı - Anım günüdür

2021.10.20, 07:36
XTQ-nin "Qarabağ" ordenli şəhid kapitanı - Anım günüdür

Gunaz.tv

Kamil Əliş oğlu Şirinov 9 aprel 1991-ci ildə Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

kamil3.jpg

Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə vuruşub və fərqlənib.

Kapitan Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

kamil2.jpg
XTQ-nin şəhid kapitanı Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərində olub. Erməni, rus və ingilis dillərini bilirdi.

Ailəli idi. 2 övladı yadigar qalıb.

Azərbaycanın bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə 

görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən "Qarabağ" ordeni, 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar